QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusu Naxçıvan istiqamətində təxribata əl atıb

© AFP 2024Erməni hərbçiləri
Erməni hərbçiləri - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.
BAKI, 26 avqust — Sputnik. Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.
22.08.23, 22:16
Ermənilər Xocalıda uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər
Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
21.08.23, 21:46
Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə "Ural" markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.
11:58
Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0