https://sputnik.az/20230825/zabuxun-berpasina-ne-qeder-vesait-serf-olunub-resmi-aciqlama-458010780.html
Zabuxun bərpasına nə qədər vəsait sərf olunub? Rəsmi açıqlama
Zabuxun bərpasına nə qədər vəsait sərf olunub? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Fuad Hüseynov ilkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara uyğun tərzdə yeni bir kəndin inşa olunduğunu söyləyib. 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T10:12+0400
2023-08-25T10:12+0400
2023-08-25T10:14+0400
laçın
qarabağ
köç
qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/08/19/458011171_0:47:850:525_1920x0_80_0_0_558ef225d78d011cf1b62d331d0056b7.jpg
BAKI, 25 avqust — Sputnik. "Bu gün biz Azərbaycan xalqı olaraq daha bir əlamətdar, möhtəşəm gün yaşayırıq. Laçın rayonunun ilk kəndi Zabuxa 20 ailə 88 nəfərdən ibarət köç karvanını yola salırıq". Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib. O bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 20-də müvafiq sərəncamı ilə Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və inşası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunub.Bununla, 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa vəsaitindən ilkin olaraq 800 min manat vəsait ayrılıb. Həmin yaşayış məntəqələri, minalardan və digər partlamamış hərbi sursatlardan təmizləndikdən sonra bu ilin fevral ayından etibarən inşa işlərinə başlanılıb və avqust ayından Zabux kəndində tamamilə tikinti işləri yekunlaşdırılıb. Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/19/458011171_30:0:737:530_1920x0_80_0_0_b3b1b6b4d6dbe10ea292c735394745cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, köç, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
laçın, köç, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
Zabuxun bərpasına nə qədər vəsait sərf olunub? Rəsmi açıqlama
10:12 25.08.2023 (Yenilənib: 10:14 25.08.2023) Fuad Hüseynov ilkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara uyğun tərzdə yeni bir kəndin inşa olunduğunu söyləyib.
BAKI, 25 avqust — Sputnik. "Bu gün biz Azərbaycan xalqı olaraq daha bir əlamətdar, möhtəşəm gün yaşayırıq. Laçın rayonunun ilk kəndi Zabuxa 20 ailə 88 nəfərdən ibarət köç karvanını yola salırıq".
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 20-də müvafiq sərəncamı ilə Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və inşası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunub.
Bununla, 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa vəsaitindən ilkin olaraq 800 min manat vəsait ayrılıb. Həmin yaşayış məntəqələri, minalardan və digər partlamamış hərbi sursatlardan təmizləndikdən sonra bu ilin fevral ayından etibarən inşa işlərinə başlanılıb və avqust ayından Zabux kəndində tamamilə tikinti işləri yekunlaşdırılıb.
"İlkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara uyğun tərzdə yeni bir kənd inşa olunub. Bütün zəruri olan sosial infrastruktur ilə təchiz edilib, kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi yaradılıb, abadlıq işləri aparılıb, gözəl park salınıb, evlər tam olaraq təmir olunub. Enerji, qaz, su təchizatı, telekommunikasiya xətləri, həmçinin yüksək səviyyədə internet, fiber optik şəbəkəsi yaradılıb", - deyə Fuad Hüseynov əlavə edib.
Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.