QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident və xanımı Kəlbəcər rayonuna səfər ediblər

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, "İstisu" Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı "AzərEnerji" ASC-nin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0