https://sputnik.az/20230825/peskov-hava-hucumundan-mudafie-sistemleri-dron-hucumlarina-qarsi-effektiv-isleyir-458026905.html
Peskov: Hava hücumundan müdafiə sistemləri dron hücumlarına qarşı effektiv işləyir
Peskov: Hava hücumundan müdafiə sistemləri dron hücumlarına qarşı effektiv işləyir
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözçüsü bildirib ki, bu fəaliyyət əvvəllər də baş verib, bütün müvafiq hava hücumundan müdafiə sistemləri kifayət qədər səmərəli işləyir. 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T15:42+0400
2023-08-25T15:42+0400
2023-08-25T15:42+0400
dmitri peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
pua
hava hücumundan müdafiə sistemi
moskva
hücum
terror
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_0:26:3071:1753_1920x0_80_0_0_47d35b9212941805c50c77ed7ecf1d7c.jpg
BAKI, 25 avqust — Sputnik. Ukrayna pilotsuz uçan aparatlarının terror fəaliyyəti əvvəllər də olub və hava hücumundan müdafiə sistemi onlara qarşı kifayət qədər effektiv işləyir. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Xatırladaq ki, bir neçə gün öncə Ukrayna silahlı qüvvələri Belqorodun Lavı kəndindəki sanatoriyanı atəşə tutub. Həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev avqustun 23-ü gecə saatlarında üç PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd edib. "Paytaxta hücum edən PUA-lardan ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisində havada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, biri "elektron mübarizə üsulu ilə tutulub və idarəetməni itirərək Moskvanın Siti-nin tikilməkdə olan binasına çırpılıb", - deyə nazirlikdən bildirilib. Rusiya paytaxtının fövqəladə hallar xidmətinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən gecə saatlarında məhv edilən pilotsuz təyyarənin qalıqları Moskva yaxınlığındakı Ximkidə fərdi yaşayış evinə və qeyri-yaşayış binasına ziyan vurub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
moskva
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_309:0:3040:2048_1920x0_80_0_0_a0cbcc20bbb3982e05ef41876e0f1d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, ukrayna, pua, hava hücumundan müdafiə sistemi, moskva, hücum, terror
dmitri peskov, ukrayna, pua, hava hücumundan müdafiə sistemi, moskva, hücum, terror
Peskov: Hava hücumundan müdafiə sistemləri dron hücumlarına qarşı effektiv işləyir
Rusiya prezidentinin sözçüsü bildirib ki, bu fəaliyyət əvvəllər də baş verib, bütün müvafiq hava hücumundan müdafiə sistemləri kifayət qədər səmərəli işləyir.
BAKI, 25 avqust — Sputnik. Ukrayna pilotsuz uçan aparatlarının terror fəaliyyəti əvvəllər də olub və hava hücumundan müdafiə sistemi onlara qarşı kifayət qədər effektiv işləyir. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Bu fəaliyyət əvvəllər də baş verib, bütün müvafiq hava hücumundan müdafiə sistemləri kifayət qədər səmərəli işləyir. Təbii ki, bu hücumlar faktiki terror fəaliyyətinin xüsusiyyətlərini daşıyır. Çünki o, əksər hallarda sadəcə yaşayış binalarına və yaşayış obyektlərinə yönəlib. Etiraf etməliyik ki, hava hücumundan müdafiə sistemi və bütün lazımi müdafiə sistemləri effektiv işləyir", - Peskov bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna silahlı qüvvələri Belqorodun Lavı kəndindəki sanatoriyanı atəşə tutub. Həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev avqustun 23-ü gecə saatlarında üç PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd edib.
"Paytaxta hücum edən PUA-lardan ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisində havada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, biri "elektron mübarizə üsulu ilə tutulub və idarəetməni itirərək Moskvanın Siti-nin tikilməkdə olan binasına çırpılıb", - deyə nazirlikdən bildirilib.
Rusiya paytaxtının fövqəladə hallar xidmətinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən gecə saatlarında məhv edilən pilotsuz təyyarənin qalıqları Moskva yaxınlığındakı Ximkidə fərdi yaşayış evinə və qeyri-yaşayış binasına ziyan vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.