Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bütün öhdəliklər yerinə yetirilərsə, Rusiya taxıl müqaviləsinə qayıdacaq - Ryabkov

© Thomas Peter / Pool Photo via APRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
BAKI, 25 avqust — Sputnik. Moskva qarşısında öhdəlikləri yerinə yetirilərsə, Rusiya taxıl sazişinə tam şəkildə qayıdacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz bu məsələlərlə bağlı dialoqdan imtina etmirik və səbirlə, təmkinlə mövqeyimizi izah edirik. Bu, çox sadədir - vədlərə inanmırıq, daha "səhər yeməyi" ilə qidalanmaq istəmirik", - o deyib.

"Qoy əvvəlcə dəfələrlə söz verdikləri və etmədikləri hər şeyi yerinə yetirsinlər, sonra biz bu vəziyyəti nəzərdən keçirəcəyik. Əgər onlar həqiqətən də uzun müddətdir müzakirə olunan hər şeyi təmin etsələr, o zaman Rusiya tam şəkildə sazişə qayıdacaq", - Ryabkov vurğulayıb.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0