Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Berbok Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların səmərəsiz olduğunu etiraf edib

© AP Photo / Stefanie LoosAlmaniyanın xarici işlər naziri Annalena Berbok
Almaniyanın xarici işlər naziri Annalena Berbok - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Almaniya Xarici işlər nazirinin fikrincə, Rusiyaya qarşı iqtisadi sanksiyalar iqtisadi effekt verməli idi, amma vermir.
BAKI, 25 avqust — Sputnik. Ukraynada xüsusi əməliyyatın başlaması ilə əlaqədar Almaniya və digər Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına təsir etməyib.
"DPA" agentliyi xəbər verib ki, bu, Almaniyanın xarici işlər naziri Annalena Berbokun gəldiyi nəticədir.
"Rusiyaya qarşı iqtisadi sanksiyalar iqtisadi effekt verməli idi. Amma bu, baş vermir", – deyə diplomat gileylənib.
Berbokun fikrincə, Ukraynadakı münaqişə çətin ki, "sivil hökumətlər arasında qəbul edilən rasional tədbirlər və qərarlar"ın köməyi ilə bitsin.
Bundan əvvəl Annalena Berbok bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Berlin Kiyevə 22 milyard avroluq dəstək göndərib. Xarici işlər naziri onu da əlavə edib ki, Almaniya "lazım olduğu qədər" Ukraynanı dəstəkləmək niyyətindədir.
Xəbər lenti
0