https://sputnik.az/20230825/a-nin-bes-olkesi-a-den-ukraynadan-taxil-idxalina-qadaganin-uzadilmasini-xahis-edecek-458040676.html
Aİ-nin beş ölkəsi Aİ-dən Ukraynadan taxıl idxalına qadağanın uzadılmasını xahiş edəcək
Aİ-nin beş ölkəsi Aİ-dən Ukraynadan taxıl idxalına qadağanın uzadılmasını xahiş edəcək
Sputnik Azərbaycan
Avqust ayında Varşavadakı səlahiyyətlilər, Aİ-nin idxala qoyulan qadağanı uzatmayacağı təqdirdə Ukrayna taxıllarının idxalına birtərəfli məhdudiyyətlər... 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T20:43+0400
2023-08-25T20:43+0400
2023-08-25T20:43+0400
taxıl
rusiya
taxıl sazişi
ukrayna
avropa
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_0:159:3079:1890_1920x0_80_0_0_99a6113f391d1929b63854f47addf7a5.jpg
BAKI, 25 avqust — Sputnik. Polşa, Slovakiya, Bolqarıstan, Macarıstan və Rumıniya Avropa Komissiyasından (AK) Ukraynadan taxıl idxalına qoyulan qadağanın ilin sonuna qədər uzadılmasını xahiş edəcəklər. "RİA Novosti" bu barədə xəbər verib. "Bu gün bizim xahişimizlə Ukrayna ilə sərhəd ölkələrin beş nazirinin uzaq formatda görüşü keçirilib. Biz Avropa Şurasının növbəti iclasında təqdim edəcəyimiz ümumi mövqeyi işləyib hazırladıq", — "RİA Novosti" Polşanın kənd təsərrüfatı naziri Robert Telyusun sözlərindən sitat gətirib. O qeyd edib ki, bu ölkələr Aİ ölkələri vasitəsilə Ukrayna taxılının tranzitinə əlavə ödənişləri, o cümlədən ilin sonuna qədər Ukraynadan taxıl idxalının qadağan edilməsini də dəstəkləyirlər. Digər ölkələr idxal siyahısını "elastik" etmək istəyirlər ki, ona müəyyən məhsullar əlavə olunsun. May ayının əvvəlində Avropa Komissiyası Ukrayna ərazisindən Şərqi Avropanın beş ölkəsinə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl ixracını qadağan edib. Eyni zamanda, onun tranzitinə və digər Avropa İttifaqı dövlətlərinə çatdırılmasına icazə verilir. Qeyd edək ki, avqust ayında Varşavadakı səlahiyyətlilər, Aİ-nin idxala qoyulan qadağanı uzatmayacağı təqdirdə Ukrayna taxıllarının idxalına birtərəfli məhdudiyyətlər qoyacaqlarını bəyan ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_173:0:2904:2048_1920x0_80_0_0_8ccae84626430b3c7f167226de555aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, taxıl sazişi, ukrayna, avropa, avropa ittifaqı
taxıl, taxıl sazişi, ukrayna, avropa, avropa ittifaqı
Aİ-nin beş ölkəsi Aİ-dən Ukraynadan taxıl idxalına qadağanın uzadılmasını xahiş edəcək
Avqust ayında Varşavadakı səlahiyyətlilər, Aİ-nin idxala qoyulan qadağanı uzatmayacağı təqdirdə Ukrayna taxıllarının idxalına birtərəfli məhdudiyyətlər qoyacaqlarını bəyan ediblər.
BAKI, 25 avqust — Sputnik. Polşa, Slovakiya, Bolqarıstan, Macarıstan və Rumıniya Avropa Komissiyasından (AK) Ukraynadan taxıl idxalına qoyulan qadağanın ilin sonuna qədər uzadılmasını xahiş edəcəklər.
"RİA Novosti" bu barədə xəbər verib.
"Bu gün bizim xahişimizlə Ukrayna ilə sərhəd ölkələrin beş nazirinin uzaq formatda görüşü keçirilib. Biz Avropa Şurasının növbəti iclasında təqdim edəcəyimiz ümumi mövqeyi işləyib hazırladıq", — "RİA Novosti" Polşanın kənd təsərrüfatı naziri Robert Telyusun sözlərindən sitat gətirib.
O qeyd edib ki, bu ölkələr Aİ ölkələri vasitəsilə Ukrayna taxılının tranzitinə əlavə ödənişləri, o cümlədən ilin sonuna qədər Ukraynadan taxıl idxalının qadağan edilməsini də dəstəkləyirlər. Digər ölkələr idxal siyahısını "elastik" etmək istəyirlər ki, ona müəyyən məhsullar əlavə olunsun.
May ayının əvvəlində Avropa Komissiyası Ukrayna ərazisindən Şərqi Avropanın beş ölkəsinə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl ixracını qadağan edib. Eyni zamanda, onun tranzitinə və digər Avropa İttifaqı dövlətlərinə çatdırılmasına icazə verilir.
Qeyd edək ki, avqust ayında Varşavadakı səlahiyyətlilər, Aİ-nin idxala qoyulan qadağanı uzatmayacağı təqdirdə Ukrayna taxıllarının idxalına birtərəfli məhdudiyyətlər qoyacaqlarını bəyan ediblər.