Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: BRİKS-i yalnız iqtisadi blok adlandırmaq onun əhəmiyyətini azaltmaq deməkdir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Maliyyə, kosmik, nəqliyyat, energetika sahələrində ölkələrin birgə fəaliyyəti üçün yaxşı perspektivlər var.
BAKI, 24 avqust — Sputnik. BRİKS-i təkcə iqtisadi blok hesab etmək lazım deyil, qrupun real əhəmiyyəti daha genişdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"İqtisadiyyat böyük əhəmiyyət kəsb edir. Alıcılıq qabiliyyəti paritetinə görə hazırkı "beşlik" artıq "G7"ni qabaqlayıb, altı yeni üzvün əlavə edilməsi ilə bu fərq daha da artacaq", - deyə Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, maliyyə, kosmik, nəqliyyat, energetika sahələrində ölkələrin birgə fəaliyyəti üçün yaxşı perspektivlər var.
"Bəli, böyük iqtisadi potensial var, lakin BRİKS-i yalnız iqtisadi forum adlandırmaq onun real əhəmiyyətini azaltmaq cəhdidir. Bəyannaməni oxuyun, beynəlxalq münasibətlərin demokratikləşməsi barədə tələbimiz çox aydın şəkildə ifadə olunur", - deyə nazir sözünü yekunlaşdırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.08.2023
RUSİYA
Lavrov: "Yeni üzvlərin daxil olmasından sonra BRİKS futbol komandası kimi olub"
Xəbər lenti
0