Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KİV: Türkiyə, Rusiya və BMT İstanbulda taxıl sazişini müzakirə edə bilər

© AP Photo / Efrem LukatskyTaxıl biçini, arxiv şəkli
Taxıl biçini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Türkiyə KİV-i yazır ki, bu görüşlərin Rusiya, BMT və Türkiyə arasında üçtərəfli formatda keçirilməsi müzakirə olunub.
BAKI, 24 avqust — Sputnik. Türkiyə, Rusiya və BMT taxıl sazişini müzakirə etmək üçün İstanbulda görüşə bilər. Bu barədə Türkiyənin "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Bu təşəbbüsün aktivləşdirilməsi variantlarından biri də Rusiya və BMT nümayəndələrinin İstanbulda yeni görüşü ola bilər. Bu görüşlərin Rusiya, BMT və Türkiyə arasında üçtərəfli formatda keçirilməsi müzakirə olunub. İrəliləyiş əldə olunarsa, Ukraynanın iştirakı ilə dördtərəfli formatda davam etdirilə bilər”, - qəzet qeyd edir.

Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0