https://sputnik.az/20230823/moskva-ve-tehran-terrorla-mubarizede-emekdasligi-derinlesdirecek---general-457955226.html
Moskva və Tehran terrorla mübarizədə əməkdaşlığı dərinləşdirəcək - General
Moskva və Tehran terrorla mübarizədə əməkdaşlığı dərinləşdirəcək - General
Sputnik Azərbaycan
Xeydari vurğulayıb ki, terrorizm qlobal təhlükədir, eyni zamanda İran və Rusiya öz dəyərli təcrübələrini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdırlar. 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T23:59+0400
2023-08-23T23:59+0400
2023-08-23T23:59+0400
moskva
rusiya
iran
https://cdnn1.img.sputnik.az/img/41106/07/411060736_0:0:1777:1000_1920x0_80_0_0_1f26e6af72a9378263db482434ac1c20.jpg
BAKI, 23 avqust — Sputnik. Rusiya və İran arasında terrorizmlə mübarizə sahəsində əməkdaşlıq nəinki davam edəcək, hər gün daha da dərinləşəcək. Bunu Rusiyada rəsmi səfərdə olan İran Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiumars Xeydari bildirib. "İran İslam Respublikası nümayiş etdirdi ki, terrorizmlə mübarizəyə ciddi yanaşır və Rusiya ilə bu sahədə əməkdaşlıq hər gün dərinləşəcək", - deyə general bildirib. Xeydari vurğulayıb ki, terrorizm qlobal təhlükədir, eyni zamanda İran və Rusiya öz dəyərli təcrübələrini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdırlar. O, həmçinin qeyd edib ki, RF Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovla danışıqları zamanı tərəflər yaxşı razılıqlar əldə ediblər. General səfərini vaxtında və məhsuldar adlandırıb. O, Rusiyanın müdafiə imkanları ilə tanış olduqdan sonra deyib ki, belə səfərlər iki ölkə arasında gələcək əməkdaşlığa kömək edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41106/07/411060736_14:0:1686:1254_1920x0_80_0_0_2c0628a5f69a2a84e20c99e6f02cfc5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, iran
Moskva və Tehran terrorla mübarizədə əməkdaşlığı dərinləşdirəcək - General
Xeydari vurğulayıb ki, terrorizm qlobal təhlükədir, eyni zamanda İran və Rusiya öz dəyərli təcrübələrini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdırlar.
BAKI, 23 avqust — Sputnik. Rusiya və İran arasında terrorizmlə mübarizə sahəsində əməkdaşlıq nəinki davam edəcək, hər gün daha da dərinləşəcək. Bunu Rusiyada rəsmi səfərdə olan İran Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiumars Xeydari bildirib.
"İran İslam Respublikası nümayiş etdirdi ki, terrorizmlə mübarizəyə ciddi yanaşır və Rusiya ilə bu sahədə əməkdaşlıq hər gün dərinləşəcək", - deyə general bildirib.
Xeydari vurğulayıb ki, terrorizm qlobal təhlükədir, eyni zamanda İran və Rusiya öz dəyərli təcrübələrini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdırlar. O, həmçinin qeyd edib ki, RF Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovla danışıqları zamanı tərəflər yaxşı razılıqlar əldə ediblər.
General səfərini vaxtında və məhsuldar adlandırıb. O, Rusiyanın müdafiə imkanları ilə tanış olduqdan sonra deyib ki, belə səfərlər iki ölkə arasında gələcək əməkdaşlığa kömək edə bilər.