Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan və Fidanın Rusiyaya səfərləri "taxıl sazişi"nə kömək edə bilər – KİV

© AFP 2024 / PETRAS MALUKASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
"Yeni Şafak" qəzetinin mənbələrdən əldə etdiyi məlumata görə, "taxıl sazişi" ilə bağlı razılığın əldə olunması üçün prezident Ərdoğanın Rusiyaya mümkün səfəri mühüm əhəmiyyət kəsb edir.
BAKI, 23 avqust — Sputnik. Türkiyə xarici işlər naziri Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya mümkün səfərləri bütün tərəflərin maraqları nəzərə alınmaqla "taxıl sazişi"nin bərpasına töhfə verə bilər. Bu barədə danışıqlar prosesində iştirak edən mənbə RİA Novosti-yə açıqlama verib.
"Yeni Şafak" qəzetinin mənbələrdən əldə etdiyi məlumata görə, "taxıl sazişi" ilə bağlı razılığın əldə olunması üçün prezident Ərdoğanın Rusiyaya mümkün səfəri mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, Türkiyənin Rusiyasız alternativ marşrutlara "zərərli" kimi baxdığı bildirilir. Prezidentin müşaviri Akif Çağatay Kılıç Ukraynaya gedir, xarici işlər naziri Hakan Fidanın isə Ukrayna və Rusiyaya səfəri gözlənilir.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0