Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın itkilərini açıqlayıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Rusiya raket qüvvələri, aviasiya və artilleriyası düşmənin Zaporojye vilayətinin Orexov rayonundakı komanda-müşahidə məntəqəsini vurub
BAKI, 22 avqust — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində 39 Ukrayna pilotsuz uçan aparatını və 4 HIMARS RYAS mərmisini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Hava hücumundan müdafiə sistemləri HİMARS reaktiv yaylım atəş sisteminin dörd raketini ələ keçirib. Bundan başqa, "Luqansk Xalq Respublikası"nın Nikolayevka, Zolotarevka, Novozvanovka, Kremennaya, , "Donetsk Xalq Respublikası"nın Aleksandrovka, Berestovo, Kodema, Xerson vilayətinin Novaya Kaxovka, Zaporojye vilayətinin Mirno və Trudovo yaşayış məntəqələri ərazilərində 39 Ukrayna pilotsuz uçan aparatı məhv edilib”, - məlumatda deyilir.
Bundan başqa, Rusiya raket qüvvələri, aviasiya və artilleriyası düşmənin Zaporojye vilayətinin Orexov rayonundakı komanda-müşahidə məntəqəsini vurub, Dnepropetrovsk vilayətinin Vasilkovka rayonundakı sursat anbarını məhv edib.
"Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin “Mərkəz" qoşun qruplaşması ötən gün ərzində Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin iki hücumunu dəf edib, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox hərbi qulluqçusunu və 5 texnikasını məhv edib. Kupyansk və Zaporojye istiqamətlərində Ukrayna qoşunları sutka ərzində 190-a yaxın hərbi qulluqçusunu itirib, Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin üç hücumu dəf edilib, Ukrayna 225-ə qədər hərbçi və 12 texnika itirib. Rusiya qoşunları Xerson istiqamətində AN / TPQ-36 əks batareya radarı, Polşanın "Krab" özüyeriyən silahları, 15-ə qədər Ukrayna hərbçisini, iki nəqliyyat vasitəsini, ABŞ istehsalı olan iki M777 artilleriya sistemini məhv edib. Eləcə də Cənubi-Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri D-30 haubitsasını və 240-a qədər əsgərini, iki zirehli texnikasını, Amerikanın M777 artilleriya sistemini və Böyük Britaniyanın FH-70 silahını itirib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ümumilikdə, xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 462 hərbi təyyarə, 246 helikopter, 5952 pilotsuz uçuş aparatı, 431 zenit-raket kompleksi, 11445 tank və digər zirehli döyüş texnikası, 1144 reaktiv yaylım atəşi sistemi, 5996 ədəd artilleriya , həmçinin 12 372 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Xəbər lenti
0