https://sputnik.az/20230822/g7-nin-reqibi-kimi-brks-in-siyasi-guclenmesi-rusiya-ucun-serfelidir--ekspert-457878307.html
G7-nin rəqibi kimi BRİKS-in siyasi güclənməsi Rusiya üçün sərfəlidir – ekspert
G7-nin rəqibi kimi BRİKS-in siyasi güclənməsi Rusiya üçün sərfəlidir – ekspert
Sputnik Azərbaycan
Təşkilat ölkələrinin liderləri qrupun on ildən artıq müddətdə "ən böyük genişlənməsini" müzakirə etməyə hazırlaşır. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T08:32+0400
2023-08-22T08:32+0400
2023-08-22T08:32+0400
g7
rusiya
briks
lavrov
sergey lavrov
üst
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455043366_0:79:1030:659_1920x0_80_0_0_36998fcb2d0a50321b84bc45aed2f41d.jpg
BAKI, 22 avqust — Sputnik. BRİKS-in geosiyasi çəkisinin güclənməsi və onun "Böyük yeddilik"lə rəqabəti Rusiya üçün faydalıdır və Moskvanın yanaşmasını əks etdirir. MDBMİ-nin "Şərqşünaslıq" kafedrasının professoru Sergey Lunev bunu Cənubi Afrikada baş tutacaq BRİKS sammiti ərəfəsində "RİA Novosti"yə bildirib. "Financial Times"ın daha əvvəl vəziyyətlə tanış olan adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Çin BRİKS alyansını "G7"yə rəqib olmağa səsləyə bilər. Nəşr qeyd edib ki, təşkilat ölkələrinin liderləri qrupun on ildən artıq müddətdə "ən böyük genişlənməsini" müzakirə etməyə hazırlaşır. "Bu, Rusiyanın əsas istəyidir. Əvvəllər Çin BRİKS-in fəaliyyətinin iqtisadi aspektini sıxışdırırdı. Ona görə də geosiyasi əhəmiyyətə dair bu cür bəyanatın verilməsi Rusiya üçün çox faydalıdır, çünki bu, Moskvanın yanaşmasını əks etdirir. Biz həmişə siyasi aspektə arxalanmışıq", - deyə Lunev bildirib. Eyni zamanda, onun sözlərinə görə, "BRİKS-i G7 qrupunun rəqibinə çevirmək üçün təşkilatı yeni üzvlərlə əhəmiyyətli dərəcədə genişləndirmək qətiyyən lazım deyil. Artıq indi ÜDM baxımından BRİKS ölkələri G7 qrupundan daha böyükdür və siyasi çəkisi kifayət qədər yetərlidir". BRİKS ən böyük iqtisadi və siyasi birlik kimi yaradılıb və buna görə də "əvvəldən bu, əslində Qərb ölkələrinə geosiyasi çağırış olub", - deyə mənbə bildirib. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar ən azı 19 dövlət, o cümlədən Argentina, İran, Əlcəzair, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla iqtisadi bloka qoşulmaq arzusunu ifadə ediblər. Avqustun 22-24-də BRİKS-in Yohannesburqda keçiriləcək sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanı bu ölkələrin liderləri, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edəcəyini açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455043366_0:33:1086:847_1920x0_80_0_0_a3e98ff6c3695163f22fe60151eb62d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
g7, briks , lavrov, sergey lavrov, üst, braziliya
g7, briks , lavrov, sergey lavrov, üst, braziliya
G7-nin rəqibi kimi BRİKS-in siyasi güclənməsi Rusiya üçün sərfəlidir – ekspert
Təşkilat ölkələrinin liderləri qrupun on ildən artıq müddətdə "ən böyük genişlənməsini" müzakirə etməyə hazırlaşır.
BAKI, 22 avqust — Sputnik. BRİKS-in geosiyasi çəkisinin güclənməsi və onun "Böyük yeddilik"lə rəqabəti Rusiya üçün faydalıdır və Moskvanın yanaşmasını əks etdirir.
MDBMİ-nin "Şərqşünaslıq" kafedrasının professoru Sergey Lunev bunu Cənubi Afrikada baş tutacaq BRİKS sammiti ərəfəsində "RİA Novosti"yə bildirib.
"Financial Times"ın daha əvvəl vəziyyətlə tanış olan adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Çin BRİKS alyansını "G7"yə rəqib olmağa səsləyə bilər. Nəşr qeyd edib ki, təşkilat ölkələrinin liderləri qrupun on ildən artıq müddətdə "ən böyük genişlənməsini" müzakirə etməyə hazırlaşır.
"Bu, Rusiyanın əsas istəyidir. Əvvəllər Çin BRİKS-in fəaliyyətinin iqtisadi aspektini sıxışdırırdı. Ona görə də geosiyasi əhəmiyyətə dair bu cür bəyanatın verilməsi Rusiya üçün çox faydalıdır, çünki bu, Moskvanın yanaşmasını əks etdirir. Biz həmişə siyasi aspektə arxalanmışıq", - deyə Lunev bildirib.
Eyni zamanda, onun sözlərinə görə, "BRİKS-i G7 qrupunun rəqibinə çevirmək üçün təşkilatı yeni üzvlərlə əhəmiyyətli dərəcədə genişləndirmək qətiyyən lazım deyil. Artıq indi ÜDM baxımından BRİKS ölkələri G7 qrupundan daha böyükdür və siyasi çəkisi kifayət qədər yetərlidir".
BRİKS ən böyük iqtisadi və siyasi birlik kimi yaradılıb və buna görə də "əvvəldən bu, əslində Qərb ölkələrinə geosiyasi çağırış olub", - deyə mənbə bildirib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar ən azı 19 dövlət, o cümlədən Argentina, İran, Əlcəzair, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla iqtisadi bloka qoşulmaq arzusunu ifadə ediblər.
Avqustun 22-24-də BRİKS-in Yohannesburqda keçiriləcək sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanı bu ölkələrin liderləri, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edəcəyini açıqlayıb.