Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İstrada PUA-nın düşməsi nəticəsində iki nəfər yaralanıb

© Sputnik / StringerPUA, arxiv şəkli
PUA, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Bazar ertəsi səhər Moskva vilayətinin qərbində və şimal-qərbində iki pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
BAKI, 21 avqust - Sputnik. İstrada pilotsuz təyyarənin qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb, üç evin şüşələri sınıb. Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
Qubernatorun sözlərinə görə, bazar ertəsi səhər Moskva vilayətinin qərbində və şimal-qərbində iki pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Hadisələrdən birində PUA qalıqları İstra şəhər rayonundakı "Dorojnik" qeyri-kommersiya bağ yoldaşlığıın ərazisindəki bağ evinin üzərinə düşüb.

“İki nəfər xəsarət alıb – kişi tibb müəssisəsinə yerləşdirilib, qadın xəstəxanaya yerləşdirilməkdən imtina edib. Üç evin də pəncərələri sınıb. Bütün təcili yardım xidmətləri yerindədir”, - deyə Vorobyov rəsmi Telegram kanalında bildirib.

Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində iki pilotsuz təyyarənin hücumunun dəf edildiyini bildirib: bir PUA elektron mübarizə vasitəsilə ilə dəf edilib və Ruzski rayonuna düşüb, ikincisi isə İstra vilayətinin ərazisində vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0