https://sputnik.az/20230821/fuzulinin-daha-68-sakini-dogma-yurda-qayidir---foto-457855019.html
Füzulinin daha 68 sakini doğma yurda qayıdır - FOTO
Füzulinin daha 68 sakini doğma yurda qayıdır - FOTO
Sputnik Azərbaycan
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb və bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T09:49+0400
2023-08-21T09:49+0400
2023-08-21T09:50+0400
qarabağ
qarabağ
füzuli
şəhər
köç
https://cdnn1.img.sputnik.az/img/07e7/08/15/457854092_0:14:1000:577_1920x0_80_0_0_1e3bbb833a6a6d64d1ba98ec68126c90.jpg
BAKI, 21 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.Azərbaycan Dövlət İnformasiya Agentliyi-nin yaydığı xəbərə görə, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/15/457854092_107:0:894:590_1920x0_80_0_0_cfea9e41a7a56277ab066bcc86ee42e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, füzuli, şəhər, köç
qarabağ, füzuli, şəhər, köç
Füzulinin daha 68 sakini doğma yurda qayıdır - FOTO
09:49 21.08.2023 (Yenilənib: 09:50 21.08.2023) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb və bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.
BAKI, 21 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi-nin yaydığı xəbərə görə, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.