Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan sentyabrda Putinlə görüşməyi gözləyir

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər.
BAKI, 21 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrda üz-üzə görüşməyi gözlədiyini bildirib. Bu barədə o Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

"Sentyabrda Hindistanda G20, ABŞ-da isə BMT Baş Assambleyası olacaq. Bu sıx mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq", - Ərdoğan deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər.
Onun sözlərinə görə, iki lider arasında keçiriləcək danışıqların gündəliyinə ikitərəfli münasibətlər, Ukrayna və taxıl sazişi məsələsi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0