Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin rəsmisi Qərb KİV-lərini saxta məlumatlar yaymaqda ittiham edib

© AFP 2024 / NOEL CELISÇin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin, arxiv şəkli
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
XİN rəsmisi bildirib ki, Çin bütün ölkələrlə, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əsasda müntəzəm ticarət-iqtisadi əlaqələr saxlayır.
BAKI, 21 avqust — Sputnik. Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çalışır və bəzi Qərb KİV-lərinin Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı üçün silah istehsalında istifadə edildiyi iddia edilən Çin məhsullarının Rusiya şirkətlərinə tədarükü ilə bağlı məlumatlarını saxtalaşdırma hesab edir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
"Çin silah ixracı ilə bağlı məsələlərdə ehtiyatlı və məsuliyyətli mövqe tutur", - o bildirib.
XİN rəsmisi bildirib ki, Çin bütün ölkələrlə, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əsasda müntəzəm ticarət-iqtisadi əlaqələr saxlayır.

"Biz bəzi KİV-lərin saxtakarlıqla məşğul olmasının əleyhinəyik və çirkin böhtan yaymasına qarşıyıq", - o əlavə edib.

Van Venbin xatırladıb ki, Pekin Ukrayna probleminin həllinə yönəlmiş dinc dialoqun bərpasına sadiqdir.
"Biz eskalasiyanı azaltmaq üçün konstruktiv rol oynamağa davam edəcəyik", - o, fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0