https://sputnik.az/20230821/brks-assosiasiyasi-en-murekkeb-meselelerin-helli-yollarini-tapmaga-qadirdir---lavrov-457859511.html
BRİKS assosiasiyası ən mürəkkəb məsələlərin həlli yollarını tapmağa qadirdir - Lavrov
BRİKS assosiasiyası ən mürəkkəb məsələlərin həlli yollarını tapmağa qadirdir - Lavrov
Sputnik Azərbaycan
BRİKS assosiasiyasının yeri və əhəmiyyəti, onun qlobal gündəmin formalaşmasına təsir göstərmək imkanları obyektiv amillərlə müəyyən edilir. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T11:28+0400
2023-08-21T11:28+0400
2023-08-21T11:38+0400
rusiya
lavrov
brics
cənubi afrika
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655280_0:0:3070:1728_1920x0_80_0_0_ecc1829e12c8f5e9f571e64041b29b0a.jpg
BAKI, 21 avqust — Sputnik. BRİKS assosiasiyası (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ən çətin məsələlərdə ümumi dil tapmaq potensialına malikdir. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Cənubi Afrikanın "Ubuntu" jurnalı üçün yazdığı məqalədə deyilir. O vurğulayıb ki, BRİKS assosiasiyasının yeri və əhəmiyyəti, onun qlobal gündəmin formalaşmasına təsir göstərmək imkanları obyektiv amillərlə müəyyən edilir. "Rəqəmlər öz sözünü deyir. Assosiasiyaya daxil olan ölkələrin əhalisi dünyanın 40%-dən çox, ərazisi isə Yerin quru sahəsinin dörddə birindən çoxdur. Ekspertlərin proqnozlarına görə, 2023-cü ildə "beşlik" qlobal ÜDM-in (alıcılıq qabiliyyəti pariteti) təxminən 31,5%-ni təmin edəcək, halbuki "Yeddilik" qrupunun bu göstəricidə payı 30%-ə düşüb", - deyə o vurğulayıb. Nazir əlavə edib ki, bu problemlərin həlli üçün geniş mexanizmlər şəbəkəsi yaradılıb. "2025-ci ilə qədər iqtisadi tərəfdaşlıq strategiyası həyata keçirilir ki, bu da ortamüddətli perspektivdə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Rusiyanın təşəbbüsü ilə işə salınmış BRİKS enerji tədqiqat platforması fəaliyyət göstərir. Dövlətlərimizin epidemiyalara qarşı yönəlmiş çağırışlara təsirli cavab tədbirlərinin işlənib hazırlanması məqsədilə BRİKS Peyvənd Araşdırma və İnkişaf Mərkəzi öz işinə başlayıb. Korrupsionerlər və cinayətkarın aktivləri üçün təhlükəsiz sığınacaqların ləğv edilməsi, davamlı inkişaf üçün ticarət və investisiyalar və təchizat zəncirləri sahəsində əməkdaşlığın artırılması təşəbbüsləri təsdiq edilib. BRİKS-in ərzaq təhlükəsizliyi strategiyası qəbul edilib", - o, qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655280_341:0:3070:2047_1920x0_80_0_0_aaaddba1bc71c67855bdb92231be5d9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, brics, cənubi afrika, təhlükəsizlik
lavrov, brics, cənubi afrika, təhlükəsizlik
BRİKS assosiasiyası ən mürəkkəb məsələlərin həlli yollarını tapmağa qadirdir - Lavrov
11:28 21.08.2023 (Yenilənib: 11:38 21.08.2023) BRİKS assosiasiyasının yeri və əhəmiyyəti, onun qlobal gündəmin formalaşmasına təsir göstərmək imkanları obyektiv amillərlə müəyyən edilir.
BAKI, 21 avqust — Sputnik. BRİKS assosiasiyası (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ən çətin məsələlərdə ümumi dil tapmaq potensialına malikdir. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Cənubi Afrikanın "Ubuntu" jurnalı üçün yazdığı məqalədə deyilir.
"Həqiqətən də bizim ictimaiyyətə təqdim edəcəyimiz şeylər var. BRİKS-də birgə səylər sayəsində biz bərabərlik, öz inkişaf yolumuzun seçiminə hörmət və bir-birimizin maraqlarını nəzərə alma prinsiplərinə əsaslanan dialoq mədəniyyəti yaratmağa nail olduq. Bu, bizə ümumi dil tapmağa və hətta ən çətin məsələləri də aydınlaşdırmağa kömək edir", - deyə nazir qeyd edib.
O vurğulayıb ki, BRİKS assosiasiyasının yeri və əhəmiyyəti, onun qlobal gündəmin formalaşmasına təsir göstərmək imkanları obyektiv amillərlə müəyyən edilir.
"Rəqəmlər öz sözünü deyir. Assosiasiyaya daxil olan ölkələrin əhalisi dünyanın 40%-dən çox, ərazisi isə Yerin quru sahəsinin dörddə birindən çoxdur. Ekspertlərin proqnozlarına görə, 2023-cü ildə "beşlik" qlobal ÜDM-in (alıcılıq qabiliyyəti pariteti) təxminən 31,5%-ni təmin edəcək, halbuki "Yeddilik" qrupunun bu göstəricidə payı 30%-ə düşüb", - deyə o vurğulayıb.
"Bu gün BRİKS çərçivəsində strateji tərəfdaşlıq geniş vüsət alır. Assosiasiyanın özü də dünyaya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, ərzaq və enerji təhlükəsizliyini təmin etmək, qlobal iqtisadiyyatın sağlam artımı, münaqişələrin həlli, beynəlxalq aləmdə iqtisadi inkişafın təmin edilməsi, ədalətli enerji keçid, iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təkliflər edir", - Lavrov bildirib.
Nazir əlavə edib ki, bu problemlərin həlli üçün geniş mexanizmlər şəbəkəsi yaradılıb.
"2025-ci ilə qədər iqtisadi tərəfdaşlıq strategiyası həyata keçirilir ki, bu da ortamüddətli perspektivdə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Rusiyanın təşəbbüsü ilə işə salınmış BRİKS enerji tədqiqat platforması fəaliyyət göstərir. Dövlətlərimizin epidemiyalara qarşı yönəlmiş çağırışlara təsirli cavab tədbirlərinin işlənib hazırlanması məqsədilə BRİKS Peyvənd Araşdırma və İnkişaf Mərkəzi öz işinə başlayıb. Korrupsionerlər və cinayətkarın aktivləri üçün təhlükəsiz sığınacaqların ləğv edilməsi, davamlı inkişaf üçün ticarət və investisiyalar və təchizat zəncirləri sahəsində əməkdaşlığın artırılması təşəbbüsləri təsdiq edilib. BRİKS-in ərzaq təhlükəsizliyi strategiyası qəbul edilib", - o, qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.