CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu çimərlik mövsümündə suda boğulanların acı statistikası açıqlandı

© Sputnik / Irade JELILÇevik Xilasetmə İdarəsinə press-tur
Çevik Xilasetmə İdarəsinə press-tur - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
TƏBİB suda boğulanların əksəriyyətinin kişi cinsindən olduğunu bildirib.
BAKI, 24 iyul — Sputnik. Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub:
"Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb".
Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.
20.08.23, 08:39
Xəzərdə zəlzələdən sonra boğulma hadisələri artıb? İddialara rəsmi cavab verildi
Xəzərdə son günlər qeydə alınan boğulma hadisələrinin dənizdə baş vermiş zəlzələlərlə əlaqəsi yoxdur. Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli son günlər Xəzər dənizində boğulma hallarının zəlzələ ilə əlaqələ olduğu iddialarına cavab olaraq Sputnik Azərbaycan-a bildirib.

"Xəzərdə zəif təkanlar dərində olan, hiss olunmayan təkanlardır. Onlar dənizdə böyük çalalar əmələ gətirə bilməz. Boğulma hallarına səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Yaranan çuxurlardan sonra bu hadisələr baş verdi" - deyə Q.Yetirmişli bildirib.

O, əhalini belə şayiələrə inanmamağa çağırıb.
© Sputnik / Murad OrujovAzərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan Multimedia Mərkəzində, arxiv
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransı zamanı, 25 oktyabr 2017-ci il - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan Multimedia Mərkəzində, arxiv
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan şayiələr tamamilə əsassızdır.
Onun sözlərinə görə, suda boğulma hadisələri əsasən xidmətin nəzarət etmədiyi çimərliklərdə baş verir:

"FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, xüsusilə yeniyetmələr çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən, suvarma kanallarından, arxlardan, süni göllərdən və digər su hövzələrindən çimərlik kimi istifadə edirlər. Bir çox halda bu, acı nəticələrə gətirib çıxarır. FHN dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə təhlükəsizlik tədbirləri aparır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakıda altı ictimai çimərlik təşkil olunub. Digər tərəfdən isə icazəli çimərliklər var. Bu çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır. Bunun da məqsədi odur ki, hər hansı ərazidə sualtı axınlar normadan artıqdırsa və yaxud qəfil dərinliklər varsa, eyni zamanda suda yad cisimlər mövcuddursa, bu kimi hallar aşkarlanır və xəbərdarlıq edilir. Nəzarət edilməyən çimərliklərdə isə bu işlər görülmür. Nəticədə də bədbəxt hadisələr baş verir".

Xatırladaq ki, bu günlərdə paytaxtın Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə dörd nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. batan 4 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. FHN-dən verilən məlumata görə, digər şəxslərin axtarışları davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0