https://sputnik.az/20230820/rusiyadan-azerbaycana-diri-qoyun-idxali-keskin-artib---bir-qoyun-135-manata-getirilib-457819645.html
Rusiyadan Azərbaycana diri qoyun idxalı kəskin artıb - bir qoyun 135 manata gətirilib
Rusiyadan Azərbaycana diri qoyun idxalı kəskin artıb - bir qoyun 135 manata gətirilib
Sputnik Azərbaycan
Diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir. 20.08.2023, Sputnik Azərbaycan
2023-08-20T12:42+0400
2023-08-20T12:42+0400
2023-08-20T10:17+0400
azərbaycan
rusiya
dövlət statistika komitəsi
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/14/427503555_0:160:3072:1888_1920x0_80_0_0_5a72c8234619161663f05b16eba538c8.jpg
BAKI, 20 avqust — Sputnik. Rusiyadan Azərbaycana gətirilən diri qoyunların idxalı kəskin artıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin birinci yarısında Rusiyadan Azərbaycana 3 milyon 793 min dollar dəyərində 47 min 636 baş diri qoyun idxal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyadan diri qoyunların idxalı say baxımından 5 dəfəyə yaxın, dəyər baxımından 4,8 dəfə artıb. Rusiyadan ölkəmizə 1 baş diri qoyunun idxalı 79 dollara (135 manata) başa gəlib. Qeyd edək ki, ölkədə ət istehsalının və idxalının artması ətə olan tələbatın yüksəldiyini göstərir. Başqa sözlə, ölkədə ətə tələbat artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə diri çəkidə 327 min ton ət istehsal edilib ki, bu da illik müqayisədə 3,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında xaricdən Azərbaycana ümumilikdə 46 milyon 941 min dollar dəyərində 24 min 282 ton ət gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3 faiz, dəyər baxımından isə 18 faiz çoxdur. Əlavə edək ki, diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir. Məsələn, cari ilin 6 ayında Gürcüstandan 1 baş diri qoyunun Azərbaycana idxalı 91 dollara (155 manata) başa gəlib. Lakin həmin dövrdə Rusiyadan idxal edilən 1 baş diri qoyuna görə 79 dollar (135 manat) vəsait xərclənib. Beləliklə, Gürcüstan ilə müqayisədə Rusiyadan idxal 12 dollar ucuz başa gəlib. Xatırladaq ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 1 milyon 310 min dollar dəyərində 16 min 523 baş diri qoyun idxal edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/14/427503555_171:0:2902:2048_1920x0_80_0_0_4179c8057f7a046f3d2b0ba212b6a002.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, dövlət statistika komitəsi, gürcüstan
azərbaycan, dövlət statistika komitəsi, gürcüstan
Rusiyadan Azərbaycana diri qoyun idxalı kəskin artıb - bir qoyun 135 manata gətirilib
Diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir.
BAKI, 20 avqust — Sputnik. Rusiyadan Azərbaycana gətirilən diri qoyunların idxalı kəskin artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin birinci yarısında Rusiyadan Azərbaycana 3 milyon 793 min dollar dəyərində 47 min 636 baş diri qoyun idxal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyadan diri qoyunların idxalı say baxımından 5 dəfəyə yaxın, dəyər baxımından 4,8 dəfə artıb.
Rusiyadan ölkəmizə 1 baş diri qoyunun idxalı 79 dollara (135 manata) başa gəlib.
Qeyd edək ki, ölkədə ət istehsalının və idxalının artması ətə olan tələbatın yüksəldiyini göstərir. Başqa sözlə, ölkədə ətə tələbat artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə diri çəkidə 327 min ton ət istehsal edilib ki, bu da illik müqayisədə 3,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında xaricdən Azərbaycana ümumilikdə 46 milyon 941 min dollar dəyərində 24 min 282 ton ət gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3 faiz, dəyər baxımından isə 18 faiz çoxdur.
Əlavə edək ki, diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir. Məsələn, cari ilin 6 ayında Gürcüstandan 1 baş diri qoyunun Azərbaycana idxalı 91 dollara (155 manata) başa gəlib. Lakin həmin dövrdə Rusiyadan idxal edilən 1 baş diri qoyuna görə 79 dollar (135 manat) vəsait xərclənib. Beləliklə, Gürcüstan ilə müqayisədə Rusiyadan idxal 12 dollar ucuz başa gəlib.
Xatırladaq ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 1 milyon 310 min dollar dəyərində 16 min 523 baş diri qoyun idxal edilib.