Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva meri: Şəhərə dron hücumu cəhdi olub

© Sputnik / Rahim MammadovDronlar
Dronlar - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb.
BAKI, 20 avqust - Sputnik. Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücumundan müdafiə vasitələri tərəfindən qabaqlanıb.
“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib.
“Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən qabaqlanıb”, - Sobyanin diqqətə çatdırıb.
Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb.
Xatırladaq ki, bu gecə Moskvanın iki hava limanında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.
Bundan başqa, Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb.
Xəbər lenti
0