https://sputnik.az/20230820/kiyeve-f-16-tedaruku-ukrayna-ve-butun-beseriyyet-ucun-bir-tehdiddir--kennedi-457849392.html
Kiyevə F-16 tədarükü Ukrayna və bütün bəşəriyyət üçün bir təhdiddir – Kennedi
Kiyevə F-16 tədarükü Ukrayna və bütün bəşəriyyət üçün bir təhdiddir – Kennedi
Sputnik Azərbaycan
Kiçik Kennedi, onu da qeyd edib ki, F-16 qırıcılarının tədarükü “Ukrayna ordusunun süqutunu dayandırmayacaq”. 20.08.2023, Sputnik Azərbaycan
2023-08-20T23:38+0400
2023-08-20T23:38+0400
2023-08-21T10:14+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
f-16
f-16 qırıcı təyyarəsi
tədarük
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455933362_0:0:3255:1831_1920x0_80_0_0_742c608688d76bf403ed0da39037a4c2.jpg
BAKI, 20 avqust - Sputnik. Kiyevə F-16 qırıcılarının tədarükü həm Ukrayna, həm də bütün bəşəriyyət üçün təhlükə yaradır. Bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri olan kiçik Robert Kennedi bəyan edib."Bu, müdafiə sənayesi üçün əla həll, amma Ukrayna və bəşəriyyət üçün fəlakətdir. Nə üçün danışıqlar aparmayaq?", - deyə kiçik Kennedi “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) Ukraynanın Amerika istehsalı olan, üçüncü ölkələrdən gələn F-16 qırıcı təyyarələri alacağı ilə bağlı məqaləni şərh edərkən yazıb.O, həmçinin qeyd edib ki, F-16 qırıcılarının tədarükü “Ukrayna ordusunun süqutunu dayandırmayacaq”. "Bu qırıcılar çoxlu təlim və texniki xidmət tələb edir. Bu, heç də film deyil", - deyə kiçik Kennedi əlavə edib. Bundan əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi “RİA Novosti”yə bildirib ki, Vaşinqton dördüncü nəsil ABŞ qırıcılarının Danimarka və Niderlanddan Kiyevə verilməsini təsdiqləmək qərarına gəlib. Ağ Ev təsdiqləyib ki, Ukrayna ABŞ istehsalı olan qırıcıları onun pilotlarının hazırlığı başa çatdıqdan sonra üçüncü ölkələrdən alacaq.Qeyd edək ki, Rusiya bundan əvvəl NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota göndərib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ və onların NATO-dakı əlaltıları Rusiya ilə birbaşa silahlı toqquşma riskləri yaradır, bu da fəlakətli nəticələrlə bitir. Onun sözlərinə görə, Kiyevdə nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktı Rusiya tərəfindən nüvə sahəsində Qərbdən təhdid kimi nəzərdən keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455933362_524:0:3255:2048_1920x0_80_0_0_46e39c907a07e42dee1660bb810665fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xüsusi hərbi əməliyyat, f-16, f-16 qırıcı təyyarəsi, tədarük
xüsusi hərbi əməliyyat, f-16, f-16 qırıcı təyyarəsi, tədarük
Kiyevə F-16 tədarükü Ukrayna və bütün bəşəriyyət üçün bir təhdiddir – Kennedi
23:38 20.08.2023 (Yenilənib: 10:14 21.08.2023) Kiçik Kennedi, onu da qeyd edib ki, F-16 qırıcılarının tədarükü “Ukrayna ordusunun süqutunu dayandırmayacaq”.
BAKI, 20 avqust - Sputnik. Kiyevə F-16 qırıcılarının tədarükü həm Ukrayna, həm də bütün bəşəriyyət üçün təhlükə yaradır. Bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri olan kiçik Robert Kennedi bəyan edib.
"Bu, müdafiə sənayesi üçün əla həll, amma Ukrayna və bəşəriyyət üçün fəlakətdir. Nə üçün danışıqlar aparmayaq?", - deyə kiçik Kennedi “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) Ukraynanın Amerika istehsalı olan, üçüncü ölkələrdən gələn F-16 qırıcı təyyarələri alacağı ilə bağlı məqaləni şərh edərkən yazıb.
O, həmçinin qeyd edib ki, F-16 qırıcılarının tədarükü “Ukrayna ordusunun süqutunu dayandırmayacaq”. "Bu qırıcılar çoxlu təlim və texniki xidmət tələb edir. Bu, heç də film deyil", - deyə kiçik Kennedi əlavə edib.
Bundan əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi “RİA Novosti”yə bildirib ki, Vaşinqton dördüncü nəsil ABŞ qırıcılarının Danimarka və Niderlanddan Kiyevə verilməsini təsdiqləmək qərarına gəlib. Ağ Ev təsdiqləyib ki, Ukrayna ABŞ istehsalı olan qırıcıları onun pilotlarının hazırlığı başa çatdıqdan sonra üçüncü ölkələrdən alacaq.
Qeyd edək ki, Rusiya bundan əvvəl NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota göndərib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ və onların NATO-dakı əlaltıları Rusiya ilə birbaşa silahlı toqquşma riskləri yaradır, bu da fəlakətli nəticələrlə bitir. Onun sözlərinə görə, Kiyevdə nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktı Rusiya tərəfindən nüvə sahəsində Qərbdən təhdid kimi nəzərdən keçiriləcək.