Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ-ın Ukraynaya verdiyi texnikanın bir hissəsi qara bazarda peyda olur

© AP Photo / Mindaugas KulbisM1 Abrams — основной боевой танк США
M1 Abrams — основной боевой танк США - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Polkovnik Duqlas Makqreqor, baş verənlərin Amerika rəhbərliyindən “diqqət və anlayış” tələb etdiyini qeyd edib.
BAKI, 20 avqust - Sputnik. ABŞ-ın Ukraynaya tədarük etdiyi hərbi texnikanın böyük hissəsi qara bazarda peyda ola bilər.
Pentaqonun keçmiş baş müşaviri polkovnik Duqlas Makqreqor bundan ehtiyat edir. "Biz milyard dollar dəyərində avadanlıq göndəririk. Çox güman ki, onun böyük bir hissəsi qara bazarda yoxa çıxır, pullar isə heç vaxt getməli olduğu yerə çatmır", - deyə Makqreqor “X” social şəbəkəsində (əvvəllər Twitter) yazıb. Polkovnikin qeyd etdiyi kimi, baş verənlər Amerika rəhbərliyindən “diqqət və anlayış” tələb edir.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. O, xəbərdarlıq edib ki, Qərb Ukraynanı getdikcə daha çox uzaqmənzilli silahlarla təchiz etdikcə, xüsusi əməliyyatın coğrafi məqsədləri hazırkı xəttdən daha da irəliləyir. “Qərb anlamalıdır ki, Ukraynaya silah tədarükü onun təhlükəsizliyini gücləndirməyəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Xəbər lenti
0