Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Putinin səfərinə hazırlaşır

© Sputnik / Вячеслав ПрокофьевRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Teleqram kanallarında bir müddət əvvəl iki ölkə liderlərinin görüşünün avqustun 31-də baş tutacağı barədə xəbər yayılıb.
BAKI, 19 avqust - Sputnik. Türkiyə Rusiya prezidenti Vladimir Putinin səfərinə hazırlıqlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç CNN Türk-ə açıqlamasında Rusiya liderinin ölkəyə səfərinə hazırlıqların davam etdiyini bildirib.
Onun sözlərinə görə, hazırda səfərin tarixi ilə bağlı danışıqlar aparılır.

“Hazırda bu istiqamətdə işlər davam etdirilir. Rusiyada daxili vəziyyətə görə qrafik hazırlanır”, - deyə Türkiyə prezidentinin sözçüsü bildirib.

Kılıç iki dövlət arasında münasibətlərdə soyuqluğun olmadığını da bildirib. O, bildirib ki, Ankara və Moskva xarici siyasət və kəşfiyyat departamentləri səviyyəsində fəal işləyir, taxıl müqaviləsi üzrə danışıqlar davam edir.
Qeyd edək ki, teleqram kanalları bir müddət öncə liderlərin görüşünün avqustun 31-də baş tutacağı barədə xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, görüş üçün bu tarix razılaşdırılır, nüanslar qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0