QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlıları çirkin əməlləri davam etdirir - MN

© Sputnik / Tigran Abrahamyan Qarabağda erməni hərbçilərinin boş səngəri, arxiv şəkli
Qarabağda erməni hərbçilərinin boş səngəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Bölmələrimiz düşmən tərəfindən görülən mühəndis işlərinin qarşısını alıb.
BAKI, 19 avqust - Sputnik. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri öz məkrli əməllərindən əl çəkmək bilmir. Belə ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb", - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0