Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə taxıl sazişi ilə bağlı 3 variantı nəzərdən keçirir

© AFP 2024 / SAKIS MITROLIDIStaxıl
taxıl  - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Rusiyanın bəzi narazılıqları aradan qaldırıldıqdan sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək.
BAKI, 18 avqust — Sputnik. Türkiyə hakimiyyəti iyulun 17-də icrası dayandırılmış taxıl sazişi ətrafında vəziyyətin nizamlanması üçün üç ssenarini nəzərdən keçirir. Xarici işlər naziri Hakan Fidan məsələ ilə bağlı rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə müzakirələr aparmağı planlaşdırır, bundan sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tuta bilər. Bu barədə hökumətyönlü "Yeni Şafak" qəzeti yazıb.
Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq, bu isə Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda tərəflər arasında dialoq kanalları tamamilə bağlanacaq, hərbi gərginlik artacaq.
İkinci ssenari birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılmasını, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.
Üçüncü ssenariyə görə, Rusiyanın bəzi narazılıqları aradan qaldırıldıqdan sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək. Qeyd edilir ki, bu, bütün tərəflərin faydalanacağı və qlobal ərzaq böhranının qarşısını alacaq yeganə variantdır.
İyulun 17-də Rusiya Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracını və Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutan bir il əvvəl bağlanmış taxıl sazişində iştirakını davam etdirməkdən imtina edib. Rusiya bildirir ki, məhsulların dünya bazarına çıxarılması ilə bağlı müqavilələrin həmin hissəsində Ruisya ilə bağlı məqamlar yerinə yetirməyib.
Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, Moskva taxıl müqaviləsinə xitam verilməsi ilə əlaqədar iyulun 20-dən etibarən Ukraynanın Qara dəniz sahilindəki limanlarına gedən bütün gəmiləri hərbi yükdaşıyıcısı kimi nəzərdən keçirəcək və bu gəmilər Kiyevin tərəfində Ukrayna münaqişəsinə cəlb edilmiş hesab ediləcək. Bundan əlavə, Qara dənizin beynəlxalq sularının şimal-qərb və cənub-şərq hissələrində bir sıra dəniz ərazilərinin naviqasiya üçün müvəqqəti təhlükəli elan edildiyini bildirilib.
Avqustun 10-da Ukrayna Çornomorsk, Odessa və Yujnı limanlarından üzən və ya bu limanlara üzən ticarət gəmiləri üçün Qara dənizdə müvəqqəti dəhlizləri elan edib.
Xəbər lenti
0