https://sputnik.az/20230818/qobal-ehemiyyetli-qerarlarin-qebulunda-her-bir-olkenin-sesi-nezere-alinmalidir---lavrov-457809290.html
Qobal əhəmiyyətli qərarların qəbulunda hər bir ölkənin səsi nəzərə alınmalıdır - Lavrov
Qobal əhəmiyyətli qərarların qəbulunda hər bir ölkənin səsi nəzərə alınmalıdır - Lavrov
Sputnik Azərbaycan
Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır. 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T18:25+0400
2023-08-18T18:25+0400
2023-08-18T18:25+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_0:0:3071:1728_1920x0_80_0_0_e4eb104b9e37dc15cbcf6f89896cc078.jpg
BAKI, 18 avqust — Sputnik. Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasının tərəfdarıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun VI Qlobal Gənc Diplomatlar Forumunun iştirakçılarına müraciətində deyilir. "Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasını ardıcıl surətdə müdafiə edib. Rusiya diplomatiyası bərabərlik, qarşılıqlı hörmət və insani dəyərləri bölüşən hər kəslə ən yaxın əməkdaşlığa açıqdır. ", - deyə nazir bildirib. Eyni zamanda, Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu xarici siyasət xidmətlərinin mütəxəssisləri, hakimiyyət nümayəndələri və ekspert icması üçün beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır. "Bugünkü təlatümlü geosiyasi şəraitdə qarşılıqlı anlaşma məkanının genişləndirilməsinə yönəlmiş intellektual səylərin belə birləşməsi xüsusilə dəyərlidir. Qeyd edim ki, 2024-cü ilin martında Soçidə Ümumdünya Gənclər Festivalı keçiriləcək və bu, birləşmək üçün daha bir böyük hadisəyə çevriləcək", - o bildirib. Eyni zamanda, nazir cari forumun mövzularının aktuallığına - "Yeni çoxqütblü dünyanın diplomatiyası"na diqqət çəkib. "Çoxmərkəzli dünya nizamının formalaşması uzun bir prosesdir və bu, ilk növbədə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanmalı və dövlətlərin mədəni və sivilizasiya müxtəlifliyini nəzərə almalı olan dövlətlərarası münasibətlərin demokratikləşməsi ilə bağlıdır", - Lavrov bildirib. "Ümid edirəm ki, forumunuz da aktual suallara cavab axtarışına öz töhfəsini verəcək. Hamınıza səmərəli müzakirələr arzulayıram", - Rusiya diplomatik departamentinin rəhbəri yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_340:0:3071:2048_1920x0_80_0_0_229334065200becfa4bc4d972f4c776d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Qobal əhəmiyyətli qərarların qəbulunda hər bir ölkənin səsi nəzərə alınmalıdır - Lavrov
Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır.
BAKI, 18 avqust — Sputnik. Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasının tərəfdarıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun VI Qlobal Gənc Diplomatlar Forumunun iştirakçılarına müraciətində deyilir.
"Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasını ardıcıl surətdə müdafiə edib. Rusiya diplomatiyası bərabərlik, qarşılıqlı hörmət və insani dəyərləri bölüşən hər kəslə ən yaxın əməkdaşlığa açıqdır. ", - deyə nazir bildirib.
Eyni zamanda, Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu xarici siyasət xidmətlərinin mütəxəssisləri, hakimiyyət nümayəndələri və ekspert icması üçün beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır.
"Bugünkü təlatümlü geosiyasi şəraitdə qarşılıqlı anlaşma məkanının genişləndirilməsinə yönəlmiş intellektual səylərin belə birləşməsi xüsusilə dəyərlidir. Qeyd edim ki, 2024-cü ilin martında Soçidə Ümumdünya Gənclər Festivalı keçiriləcək və bu, birləşmək üçün daha bir böyük hadisəyə çevriləcək", - o bildirib.
Eyni zamanda, nazir cari forumun mövzularının aktuallığına - "Yeni çoxqütblü dünyanın diplomatiyası"na diqqət çəkib. "Çoxmərkəzli dünya nizamının formalaşması uzun bir prosesdir və bu, ilk növbədə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanmalı və dövlətlərin mədəni və sivilizasiya müxtəlifliyini nəzərə almalı olan dövlətlərarası münasibətlərin demokratikləşməsi ilə bağlıdır", - Lavrov bildirib.
"Ümid edirəm ki, forumunuz da aktual suallara cavab axtarışına öz töhfəsini verəcək. Hamınıza səmərəli müzakirələr arzulayıram", - Rusiya diplomatik departamentinin rəhbəri yekunlaşdırıb.