https://sputnik.az/20230818/bu-zelenski-rejiminin-cinayetkar-mahiyyetinin-daha-bir-tesdiqidir---zaxarova-457822003.html
Bu, Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqidir - Zaxarova
Bu, Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqidir - Zaxarova
Sputnik Azərbaycan
Diplomat vurğulayıb ki, Vladimir Zelenski rejimi terror aktları həyata keçirmək üçün dronlardan fəal şəkildə istifadə edir. 18.08.2023, Sputnik Azərbaycan
2023-08-18T23:17+0400
2023-08-18T23:17+0400
2023-08-18T23:17+0400
vladimir zelenski
rusiya
mariya zaxarova
ukrayna
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_0:0:3362:1892_1920x0_80_0_0_9b419d4911d5865b8d74ef670a96c29c.jpg
BAKI, 18 avqust — Sputnik. Kiyevin Moskvanın mərkəzinə pilotsuz uçan aparatla növbəti zərbə endirmək cəhdi Ukrayna prezidenti Vladimir Zelenski rejiminin cinayətkar mahiyyətini təsdiqləyir. Bunu Rusiya diplomatiyasının sözçüsü Mariya Zaxarova deyib. "Vladimir Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqi onun bu gecə Moskvanın mərkəzinə zərbə endirmək cəhdidir. Hava hücumundan müdafiənin yaxşı fəaliyyəti sayəsində itkilərin və əhəmiyyətli dağıntıların qarşısı alınıb", - Zaxarova bildirib. Diplomat vurğulayıb ki, Vladimir Zelenski rejimi terror aktları həyata keçirmək üçün dronlardan fəal şəkildə istifadə edir. O, həmçinin Rusiyanın şəhər və kəndlərini atəşə tutmaq üçün kriminal Kiyev rejiminin NATO ölkələrindən alınan zərbə təyyarələri, kaset sursatları və iri çaplı artilleriyadan istifadə etməsi faktlarına diqqət çəkib. Bundan əlavə, Zaxarova qeyd edib ki, dinc sakinlər Ukrayna nasistləri tərəfindən səpələnmiş "Petal" piyada əleyhinə minalardan əziyyət çəkirlər. "Bu ehtiyatsız hərəkətlər hər gün mülki əhalinin, o cümlədən uşaqların tələfatına və mülki infrastrukturun, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının dağıdılmasına gətirib çıxarır" - deyə o, fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_367:0:3098:2048_1920x0_80_0_0_c280698ff5890bf1613848be887be43a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vladimir zelenski, mariya zaxarova, ukrayna, nato
vladimir zelenski, mariya zaxarova, ukrayna, nato
Bu, Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqidir - Zaxarova
Diplomat vurğulayıb ki, Vladimir Zelenski rejimi terror aktları həyata keçirmək üçün dronlardan fəal şəkildə istifadə edir.
BAKI, 18 avqust — Sputnik. Kiyevin Moskvanın mərkəzinə pilotsuz uçan aparatla növbəti zərbə endirmək cəhdi Ukrayna prezidenti Vladimir Zelenski rejiminin cinayətkar mahiyyətini təsdiqləyir. Bunu Rusiya diplomatiyasının sözçüsü Mariya Zaxarova deyib.
"Vladimir Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqi onun bu gecə Moskvanın mərkəzinə zərbə endirmək cəhdidir. Hava hücumundan müdafiənin yaxşı fəaliyyəti sayəsində itkilərin və əhəmiyyətli dağıntıların qarşısı alınıb", - Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, Vladimir Zelenski rejimi terror aktları həyata keçirmək üçün dronlardan fəal şəkildə istifadə edir. O, həmçinin Rusiyanın şəhər və kəndlərini atəşə tutmaq üçün kriminal Kiyev rejiminin NATO ölkələrindən alınan zərbə təyyarələri, kaset sursatları və iri çaplı artilleriyadan istifadə etməsi faktlarına diqqət çəkib. Bundan əlavə, Zaxarova qeyd edib ki, dinc sakinlər Ukrayna nasistləri tərəfindən səpələnmiş "Petal" piyada əleyhinə minalardan əziyyət çəkirlər.
"Bu ehtiyatsız hərəkətlər hər gün mülki əhalinin, o cümlədən uşaqların tələfatına və mülki infrastrukturun, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının dağıdılmasına gətirib çıxarır" - deyə o, fikirlərini yekunlaşdırıb.