Türkiyə taxıl sazişini bərpa etmək üçün Rusiya ilə dialoqu dayandırmır - mənbə
20:19 17.08.2023 (Yenilənib: 20:30 17.08.2023)
© Photo : Ukrainian Infrastucture Ministry Press Office via APOdessa limanı
© Photo : Ukrainian Infrastucture Ministry Press Office via AP
Abunə olmaq
Mənbənin bildirib ki, bu kontekstdə Türkiyə prezidentinin Rusiya lideri ilə şəxsi danışıqlar aparmaq niyyətini də nəzərdən keçirmək lazımdır.
BAKI, 17 avqust — Sputnik. Türkiyə hakimiyyəti taxıl sazişinin mümkün bərpa edilməsi məsələsində Rusiya ilə dialoqu dayandırmır və bu məqsədlə ciddi səylər göstərir. Bu barədə TASS-a Ankaradakı mənbə məlumat verib.
"Türkiyə üçün bu məsələdə diplomatik səylərin davam etdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, o, BMT ilə birlikdə bu razılaşmanın memarlarından biri olub. Bu səbəbdən də oTürkiyə razılaşmaların yenilənməsi üçün əhəmiyyətli səylər göstərir və Rusiya ilə dialoqu davam etdirir", - deyə agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə şəxsi danışıqlar aparmaq niyyətini də nəzərdən keçirmək lazımdır.
"Taxıl sazişi üzrə yeni diplomatik uğur Ankara üçün ölkənin beynəlxalq nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edir. Buna görə də hakimiyyət buna belə böyük əhəmiyyət verir", - deyə mənbə hesab edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.