https://sputnik.az/20230817/rusiyanin-telebi-ile-bmt-tehlukesizlik-surasi-iclas-kecirecek-457766524.html
Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası iclas keçirəcək
Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası iclas keçirəcək
Sputnik Azərbaycan
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". 17.08.2023, Sputnik Azərbaycan
2023-08-17T11:53+0400
2023-08-17T11:53+0400
2023-08-17T11:53+0400
bmt
rusiya
təhlükəsizlik şurası
iclas
silah
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170773_0:310:3078:2041_1920x0_80_0_0_b104669044d5b840a65e21627fa66772.jpg
BAKI, 17 avqust — Sputnik. BMT Təhlükəsizlik Şurası cümə axşamı Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı iclas keçirəcək. İclas Rusiyanın tələbi ilə baş tutacaq. Müzakirə təşkilatın saytında və Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin "Teleqram" kanalında yayımlanmaqla açıq rejimdə olacaq. Rusiya Federasiyasının daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski əvvəlcədən görüşün mövzusunu "Kiyev rejiminə Qərb silahlarının tədarükünü artırmaq, Ukrayna ətrafında böhranı kəskinləşdirmək və onun sülh yolu ilə həlli səylərinə zərbə vurmaq" adlandırıb. Bu həftənin əvvəlində ABŞ Pentaqondan Ukraynaya 44-cü hərbi yardım paketini açıqlayıb. Bura "Patriot" zenit-raket kompleksləri, "HIMARS" reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları və tanklar, eləcə də müxtəlif növ tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir. Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".Kreml Ukraynanın Qərbdən silahlarla təchiz edilməsinin hadisələrə mənfi təsir göstərəcəyini bildirib. Lavrov, həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edirlər, "o cümlədən, təkcə silah tədarükü deyil, həm də... Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərazisində kadrların hazırlanması ilə".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170773_223:0:2954:2048_1920x0_80_0_0_c4a22b8e0d1bf68daab28c8e2f88304a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, təhlükəsizlik şurası, iclas, silah, ukrayna
bmt, təhlükəsizlik şurası, iclas, silah, ukrayna
Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası iclas keçirəcək
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
BAKI, 17 avqust — Sputnik. BMT Təhlükəsizlik Şurası cümə axşamı Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı iclas keçirəcək. İclas Rusiyanın tələbi ilə baş tutacaq.
Müzakirə təşkilatın saytında və Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin "Teleqram" kanalında yayımlanmaqla açıq rejimdə olacaq.
Rusiya Federasiyasının daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski əvvəlcədən görüşün mövzusunu "Kiyev rejiminə Qərb silahlarının tədarükünü artırmaq, Ukrayna ətrafında böhranı kəskinləşdirmək və onun sülh yolu ilə həlli səylərinə zərbə vurmaq" adlandırıb.
Bu həftənin əvvəlində ABŞ Pentaqondan Ukraynaya 44-cü hərbi yardım paketini açıqlayıb. Bura "Patriot" zenit-raket kompleksləri, "HIMARS" reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları və tanklar, eləcə də müxtəlif növ tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
Kreml Ukraynanın Qərbdən silahlarla təchiz edilməsinin hadisələrə mənfi təsir göstərəcəyini bildirib. Lavrov, həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edirlər, "o cümlədən, təkcə silah tədarükü deyil, həm də... Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərazisində kadrların hazırlanması ilə".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.