https://sputnik.az/20230817/otuz-ilden-sonra-dogma-torpaga-qayidis--sabahdan-fuzuli-seherine-ilk-koc-baslayir-457763557.html
Otuz ildən sonra doğma torpağa qayıdış - Sabahdan Füzuli şəhərinə ilk köç başlayır
Otuz ildən sonra doğma torpağa qayıdış - Sabahdan Füzuli şəhərinə ilk köç başlayır
Sputnik Azərbaycan
Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. 17.08.2023, Sputnik Azərbaycan
2023-08-17T10:26+0400
2023-08-17T10:26+0400
2023-08-17T10:26+0400
qarabağ
füzuli
qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690584_0:144:3128:1904_1920x0_80_0_0_a78504f6369479d4ae83a290a3894eba.jpg
BAKI, 17 avqust — Sputnik. Avqustun 18-dən Füzuli şəhərinə ilk köç başlayır. Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq 90 nəfərdən ibarət olan 23 ailə sabah doğma şəhərinə qayıdacaq. Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb. Xatırladaq ki, avqustun 9-da daha 93 nəfərdən ibarət 23 ailə doğma yurduna - Laçına geri dönüb. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690584_200:0:2929:2047_1920x0_80_0_0_09cdc802d0781dd264424979a04b83c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli, qayıdış
Otuz ildən sonra doğma torpağa qayıdış - Sabahdan Füzuli şəhərinə ilk köç başlayır
Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.
BAKI, 17 avqust — Sputnik. Avqustun 18-dən Füzuli şəhərinə ilk köç başlayır. Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq 90 nəfərdən ibarət olan 23 ailə sabah doğma şəhərinə qayıdacaq.
Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur.
Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.
Xatırladaq ki, avqustun 9-da daha 93 nəfərdən ibarət 23 ailə doğma yurduna - Laçına geri dönüb. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.