https://sputnik.az/20230816/rusiya-hokumeti-xezer-denizi-ile-bagli-konvensiyani-ratifikasiya-edib-457756667.html
Rusiya hökuməti Xəzər dənizi ilə bağlı konvensiyanı ratifikasiya edib
Rusiya hökuməti Xəzər dənizi ilə bağlı konvensiyanı ratifikasiya edib
Sputnik Azərbaycan
Sənədin məqsədi dəniz mühitinin quruda olan mənbələrdən və quru fəaliyyətlərindən çirklənmənin qarşısını almaq, azaltmaq, nəzarət etmək və mümkün qədər aradan... 16.08.2023, Sputnik Azərbaycan
2023-08-16T20:48+0400
2023-08-16T20:48+0400
2023-08-16T20:48+0400
xəzər
rusiya
ratifikasiya
çərçivə konvensiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864890_0:320:3072:2048_1920x0_80_0_0_f0d079c3a005cd52a0aac16be8982d9b.jpg
BAKI, 16 avqust — Sputnik. Rusiya hökuməti beş Xəzəryanı ölkə tərəfindən 2012-ci ildə Moskvada imzalanmış Xəzər dənizinin quru mənbələrdən çirklənmədən qorunmasına dair Protokolu ratifikasiya edib. Bu barədə Rosprirodnadzorun rəhbəri Svetlana Radionova Telegram kanalında məlumat verib. "Xəzərin ekoloji təhlükəsizliyinin təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biridir. Dünən Rusiya hökuməti Çərçivə Konvensiyasına uyğun olaraq Xəzər dənizinin quru mənbələrindən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən qorunmasına dair protokolu ratifikasiya edib. Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə sənədi baş nazir Mixail Mişustin imzalayıb", - Radionova yazıb. Protokol 2012-ci ilin dekabrında Moskvada imzalanıb. Sənədin məqsədi dəniz mühitinin quruda olan mənbələrdən və quru fəaliyyətlərindən çirklənmənin qarşısını almaq, azaltmaq, nəzarət etmək və mümkün qədər aradan qaldırmaqdır. Bu protokolun ratifikasiyasının dəniz sularında və onun sahil zonasında iqtisadi fəaliyyətlərin həyata keçirilməsində ən yaxşı mövcud texnologiyaların və ekoloji təcrübələrin istifadəsinə yardım edəcəyi planlaşdırılır. Bundan başqa Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin fiziki, bioloji və kimyəvi xüsusiyyətlərinə, o cümlədən quru mənbələrindən dənizə daxil olan çirkləndiricilərin həcminə dair məlumat bazası yaradılacaq. Bu, Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin vəziyyətinin müntəzəm qiymətləndirilməsinə, onun sahil xətti boyunca dənizin çirklənmə səviyyəsinin qiymətləndirilməsinə imkan verəcək. Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü ilin noyabrında beş Xəzəryanı ölkə: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, o cümlədən onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864890_341:0:3072:2048_1920x0_80_0_0_5799e9e141cb738b76cdf79024313e8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəzər, ratifikasiya, çərçivə konvensiyası
xəzər, ratifikasiya, çərçivə konvensiyası
Rusiya hökuməti Xəzər dənizi ilə bağlı konvensiyanı ratifikasiya edib
Sənədin məqsədi dəniz mühitinin quruda olan mənbələrdən və quru fəaliyyətlərindən çirklənmənin qarşısını almaq, azaltmaq, nəzarət etmək və mümkün qədər aradan qaldırmaqdır.
BAKI, 16 avqust — Sputnik. Rusiya hökuməti beş Xəzəryanı ölkə tərəfindən 2012-ci ildə Moskvada imzalanmış Xəzər dənizinin quru mənbələrdən çirklənmədən qorunmasına dair Protokolu ratifikasiya edib. Bu barədə Rosprirodnadzorun rəhbəri Svetlana Radionova Telegram kanalında məlumat verib.
"Xəzərin ekoloji təhlükəsizliyinin təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biridir. Dünən Rusiya hökuməti Çərçivə Konvensiyasına uyğun olaraq Xəzər dənizinin quru mənbələrindən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən qorunmasına dair protokolu ratifikasiya edib. Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə sənədi baş nazir Mixail Mişustin imzalayıb", - Radionova yazıb.
Protokol 2012-ci ilin dekabrında Moskvada imzalanıb. Sənədin məqsədi dəniz mühitinin quruda olan mənbələrdən və quru fəaliyyətlərindən çirklənmənin qarşısını almaq, azaltmaq, nəzarət etmək və mümkün qədər aradan qaldırmaqdır. Bu protokolun ratifikasiyasının dəniz sularında və onun sahil zonasında iqtisadi fəaliyyətlərin həyata keçirilməsində ən yaxşı mövcud texnologiyaların və ekoloji təcrübələrin istifadəsinə yardım edəcəyi planlaşdırılır.
Bundan başqa Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin fiziki, bioloji və kimyəvi xüsusiyyətlərinə, o cümlədən quru mənbələrindən dənizə daxil olan çirkləndiricilərin həcminə dair məlumat bazası yaradılacaq. Bu, Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin vəziyyətinin müntəzəm qiymətləndirilməsinə, onun sahil xətti boyunca dənizin çirklənmə səviyyəsinin qiymətləndirilməsinə imkan verəcək.
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü ilin noyabrında beş Xəzəryanı ölkə: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, o cümlədən onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsidir.