Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Medvedev: Rusiyalı hərbçilər Qərb silahlarına müqavimət göstərməyi öyrəniblər

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidMedvedev
Medvedev - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Dmitri Medvedev "Patriot" parkında yerləşdirilən qənimət silahların sərgisi haqqında fikirlərini bölüşüb.
BAKI, 16 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinin XHƏ zonasında fəal şəkildə istifadə etdiyi Qərb silahlarına effektiv şəkildə qarşı çıxmağı öyrəniblər.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Tamamilə aydındır ki, biz bütün bunlara [Kiyevin Qərb silahlarından istifadəsinə] effektiv şəkildə müqavimət göstərməyi öyrənmişik", - deyə "RİA Novosti" çərşənbə günü "Ordu-2023" forumuna səfəri zamanı Medvedevin dediklərindən nümunə gətirib.
"Eyni zamanda, NATO ölkələrinin və digər Qərb ölkələrinin silahlarını dəyərləndirməmək lazım deyil, çünki onların arasında yaxşı nümunələr də var. Bu silahların fəaliyyətinin uğuru döyüş zamanı yoxlanılır", - deyə o, əlavə edib.
"Çox faydalıdır. Əslində, düşünürəm ki, bizim xalqımız üçün Qərb texnikasının necə göründüyünə baxmaq çox vacibdir", - Medvedev "Patriot" parkında yerləşdirilən qənimət silahların sərgisi haqqında belə deyib.
Xatırladaq ki, ekspozisiyada Avstraliya istehsalı olan - yanmış "Bushmaster" zirehli maşını, Britaniyanın "AT-105 Saxon", "Mastiff" və "Husky" döyüş maşınları, İsveçin "CV90-40" piyada döyüş maşını, habelə XHƏ zonasında ələ keçirilmiş digər texnika nümayiş etdirilir.
Xəbər lenti
0