Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mahaçqalada baş verən partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

Mahaçqalada avtoservis binasının yaxınlığında partlayış baş verib, arxiv
Mahaçqalada avtoservis binasının yaxınlığında partlayış baş verib, arxiv - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb.
BAKI, 16 avqust - Sputnik. Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı 20 uşaq xəsarət alıb.
Bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidentinin hökumət üzvləri ilə görüşündə bildirib.
“Təəssüf ki, hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb. Vəziyyət yerində qiymətləndirildikdən sonra 3-ü uşaq olmaqla 16 pasiyentin sağlamlıq vəziyyəti ilə əlaqədar Moskvadakı federal tibb qurumlarına təxliyə edilməsi qərara alınıb”, - o deyib.
15.08.23, 12:03
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi RİA Novosti-yə bildirib.
“Dağıntı yerində aparılan işlər zamanı daha iki nəfərin meyiti tapılıb”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, ölənlərin ümumi sayı 35-ə çatıb.
***
Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat yayılıb.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.
Partlayış nəticəsində ölənlərin sayı üçü uşaq olmaqla 25 nəfərə çatıb, hazırda Mahaçqalanın tibb müəssisələrində 66 zərərçəkən var, onlardan 10-nun vəziyyəti ağırdır.
***
15.05.2023 01:10
Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.
RİA Novosti-nin məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.
Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsinin olduğu bildirilir.
"Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb" - Rusiyanın "Baza" Telegram kanalı bildirib.
14.04.2023 23:25
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Globus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb. Xilasetmə xidmətləri hadisə yerindədir.
Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.
Xəbər lenti
0