https://sputnik.az/20230816/kisinyovla-munasibetler-evvelki-seviyyeye-qayidacaq---zaxarova-457739223.html
Kişinyovla münasibətlər əvvəlki səviyyəyə qayıdacaq - Zaxarova
Kişinyovla münasibətlər əvvəlki səviyyəyə qayıdacaq - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bir müddət sonra hər şey öz qaydasına düşəcək. 16.08.2023, Sputnik Azərbaycan
2023-08-16T12:44+0400
2023-08-16T12:44+0400
2023-08-16T12:44+0400
mariya zaxarova
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
kişinyov
rusiya
moldova
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 16 avqust — Sputnik. Moskva Kişinyovla münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına əmindir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların ölkədən çıxarılması fonunda bildirib. "Əlbəttə, indi Moldovada baş verən proseslər qeyri-təbii, süni şəkildə yaradılıb. Moldova prezidenti Maya Sandu tərəfindən ixtira edilib", - o, Sputnik radiosunun efirində deyib. Onun sözlərinə görə, iki ölkə xalqları arasında dərin ziddiyyətlərin mövcudluğunu göstərən heç bir əlamət yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bir müddət sonra hər şey öz qaydasına düşəcək. Avqustun 14-də Rusiya səfirliyinin 45 əməkdaşı ailələri ilə birlikdə Moldova Xarici İşlər Nazirliyinin qərarı ilə Rusiya diplomatik missiyasının işçilərinin ixtisarı ilə əlaqədar Moldovanı tərk edib. Rusiya Xarici İşlər Nazirliyi bunu ikitərəfli münasibətlər üçün fəsadlar yaradacaq qeyri-dost addım adlandırıb. Rusiya ilə Moldova arasında münasibətlər 2020-ci ilin sonunda bu ölkədə Avropayönlü siyasət yürüdən prezident Maya Sandu hakimiyyətə gəldikdən sonra pisləşməyə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, kişinyov, rusiya, moldova
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, kişinyov, rusiya, moldova
Kişinyovla münasibətlər əvvəlki səviyyəyə qayıdacaq - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bir müddət sonra hər şey öz qaydasına düşəcək.
BAKI, 16 avqust — Sputnik. Moskva Kişinyovla münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına əmindir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların ölkədən çıxarılması fonunda bildirib.
"Əlbəttə, indi Moldovada baş verən proseslər qeyri-təbii, süni şəkildə yaradılıb. Moldova prezidenti Maya Sandu tərəfindən ixtira edilib", - o, Sputnik radiosunun efirində deyib.
Onun sözlərinə görə, iki ölkə xalqları arasında dərin ziddiyyətlərin mövcudluğunu göstərən heç bir əlamət yoxdur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, bir müddət sonra hər şey öz qaydasına düşəcək.
Avqustun 14-də Rusiya səfirliyinin 45 əməkdaşı ailələri ilə birlikdə Moldova Xarici İşlər Nazirliyinin qərarı ilə Rusiya diplomatik missiyasının işçilərinin ixtisarı ilə əlaqədar Moldovanı tərk edib.
Rusiya Xarici İşlər Nazirliyi bunu ikitərəfli münasibətlər üçün fəsadlar yaradacaq qeyri-dost addım adlandırıb.
Rusiya ilə Moldova arasında münasibətlər 2020-ci ilin sonunda bu ölkədə Avropayönlü siyasət yürüdən prezident Maya Sandu hakimiyyətə gəldikdən sonra pisləşməyə başlayıb.