Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Azərbaycanda təhlükəli hava axını: dəm və kükürd qazları normadan yüksəkdir

© AFP 2024 / GIUSEPPE CACACEВид на Баку, фото из архива
Вид на Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
BAKI, 16 avqust - Sputnik. Bu gün Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.4, dəm qazı 1.6, azot-4 oksid 1.5, kükürd qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Bu barədə Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalarının məlumatında bildirilib.
Qeyd edilib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
Bildirilib ki, dəm qazı, azot-4 oksid və kükürd qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
08.08.23, 22:00
Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov Report-a bildirib ki, stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.3, dəm qazı 1.7, kükürd qazı 1.1, Sumqayıt şəhərində isə dəm qazının miqdarı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Dəm və kükürd qazlarının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktorunun səbəb olduğu digər təsirlərlə əlaqədardır”, - o vurğulayıb
C.Muradov qeyd edib ki, ümumiyyətlə, son günlərdə cənub istiqamətli isti hava axınlarının, eləcə də, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar ölkə ərazisində temperaturun yüksəlməsi və durğun hava şəraiti müşahidə olunur.
Yağıntıların az olması isə hava keyfiyyət göstəricilərindən istər dispers toz hissəciklərinin, istərsə də çirkləndirici qaz qarışıqlarının miqdarının normadan yüksək olmasına səbəb olur.
Həftəsonuna qədər davam edəcək isti hava şəraitində meteohəssas insanların açıq havada az olması, tez-tez maye qəbul etməsi məsləhət görülür.
Xəbər lenti
0