Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Dağıstanda matəm elan edilib

© Photo : Press Service of the Ministry of Emergency Situations of the Russian FederationНа месте взрыва у здания автосервиса в Махачкале
На месте взрыва у здания автосервиса в Махачкале - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Dağıstan Fəlakət Təbabəti Mərkəzinin məlumatına görə, hazırda Mahaçqalada ölənlərin sayı 27 nəfərdir, 66 nəfər yaralanıb.
BAKI, 15 avqust - Sputnik. Dağıstanda avqustun 15-də Mahaçqala kənarındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar respublika başçısı Sergey Melikovun fərmanına əsasən matəm günü elan edilib. Bu barədə RİA Novosti müvafiq sənədə istinadən xəbər yayıb.

"2023-cü il avqustun 15-i Dağıstan Respublikasında matəm günü elan edilsin. Bütün Dağıstan Respublikasında matəm günü Rusiya Federasiyasının Dövlət bayraqları, Dağıstan Respublikasının Dövlət bayraqları, bələdiyyələrin bayraqları endirilib", - deyə sənəddə bildirilir.

Respublika hökumətinə həlak olanların və xəsarət alanların ailələrinə yardımın göstərilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 100-dən çox insan xəsarət alıb, bu barədə operativ qərargahın iclasında regionun rəhbəri Sergey Melikov bildirib.

“Yüz iki nəfər həkimə müraciət edib. Moskva vaxtı ilə saat 06:00-a olan məlumata görə, 65 nəfər tibb müəssisələrindədir, onlardan 11-i uşaqdır”, - deyə respublika rəhbəri bildirib.

Onun sözlərinə görə, partlayışda həlak olan 27 nəfərdən üçü uşaqdır.
Dağıstanın səhiyyə naziri Tatyana Belyayeva bildirib ki, bütün qurbanların şəxsiyyəti hələ müəyyən edilməyib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0