Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Dağıstanda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

© Sputnik / Гавриил Григоров / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv
Rusiya prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Bir gün əvvəl Mahaçqalada avtoservis yanıb, yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış baş verib.
BAKI, 15 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dağıstanda baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Bu barədə Kremlin mətbuat xidmətiməlumat yayıb.
Bir gün əvvəl Mahaçqalada avtoservis yanıb, yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış baş verib. Son məlumata görə, hadisə nəticəsində 30 nəfər ölüb, 75 nəfər yaralanıb. Avqustun 15-i Dağıstanda matəm günü elan edilib.
"Prezident Putin Dağıstanda baş vermiş faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayır", - prezidentin mətbuat xidməti qeyd edib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin də başsağlığı verib.

"Ailələrə böyük kədər üz verib. Ölənlər və yaralananlar arasında uşaqlar da var. Bu, dəhşətli faciədir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Volodin bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0