Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Puşkov: Şoltsun Ukrayna ilə bağlı danışıqlar barədə sözləri boşdur

© AP Photo / Petr David JosekOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Senatorun fikrincə, Qərb danışıqlar aparmaq niyyətində deyil.
BAKI, 15 avqust — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişənin dayandırılması üçün vəziyyətlə bağlı sülh danışıqlarının aparılmasının zəruriliyi barədə söylədiyi sözlər "heç bir məna daşımır".
Bunu rusiyalı senator Aleksey Puşkov öz "Telegram" kanalında qeyd edib.
"Qərb danışıqlar aparmaq niyyətində deyil. Onlar haqqında danışmaq ritual xarakter daşıyır - başqa heç nə deyil", - deyə senator yazıb.
Puşkov hesab edir ki, "keyfiyyətcə yeni vəziyyət" yaranana qədər Qərb istənilən danışıqlara qarşı çıxmaq niyyətindədir və Ukraynadakı vəziyyətlə bağlı diplomatik səylər barədə növbəti sözlər yalandır.
Xatırladaq ki, bu yaxınlarda Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə çağırıb. O hesab edir ki, Səudiyyə Ərəbistanında keçirilən görüş yalnız başlanğıc olub. Kansler əminliklə bildirib ki, bu danışıqlar sülhə nail olmaq və Ukraynadakı vəziyyətə son qoymaq üçün başlanğıc ola bilər.
Xəbər lenti
0