https://sputnik.az/20230815/mahacqalada-partlayisin-sebeblerinden-biri-aqrokimyevi-maddelerin-duzgun-saxlanilmamasidir-457734390.html
Mahaçqalada partlayışın səbəblərindən biri aqrokimyəvi maddələrin düzgün saxlanılmamasıdır
Mahaçqalada partlayışın səbəblərindən biri aqrokimyəvi maddələrin düzgün saxlanılmamasıdır
Sputnik Azərbaycan
Bildirilir ki, hadisənin baş vermə səbəbləri ilə bağlı yekun rəy istintaq hərəkətlərinin nəticələri və təyin edilmiş ekspertizalar əsasında veriləcək. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T20:32+0400
2023-08-15T20:32+0400
2023-08-15T20:32+0400
rusiya
mahaçqala
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457708924_0:13:1195:685_1920x0_80_0_0_f75e4917cf91f9842f815df73fc2892f.jpg
BAKI, 15 avqust - Sputnik. Mahaçqalada baş vermiş partlayışın versiyalarından biri də alışan xüsusiyyətlərə malik aqrokimyəvi maddələrin saxlanmasının pozulması hesab olunur. Bu barədə RİA Novosti Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.Avqustun 14-ü axşam saatlarında Mahaçqalanın kənarında avtoservis yanıb, daha sonra yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış səsi gurlayıb.Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, ölənlərin sayı 35 nəfərə çatıb. Səhiyyə Nazirliyi 16-sı uşaq olmaqla 63 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.Azərbaycan prezidenti İlham Əliyev Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457708924_132:0:1063:698_1920x0_80_0_0_343812bc71ff05ff31dc08ca10e3dbd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mahaçqala, partlayış
Mahaçqalada partlayışın səbəblərindən biri aqrokimyəvi maddələrin düzgün saxlanılmamasıdır
Bildirilir ki, hadisənin baş vermə səbəbləri ilə bağlı yekun rəy istintaq hərəkətlərinin nəticələri və təyin edilmiş ekspertizalar əsasında veriləcək.
BAKI, 15 avqust - Sputnik. Mahaçqalada baş vermiş partlayışın versiyalarından biri də alışan xüsusiyyətlərə malik aqrokimyəvi maddələrin saxlanmasının pozulması hesab olunur. Bu barədə RİA Novosti Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
“İstintaq hadisənin bir neçə versiyasını, o cümlədən yanğın təhlükəli xüsusiyyətlərə malik aqrokimyəvi maddələrin saxlanmasının pozulması ilə bağlı variantları nəzərdən keçirir. Hadisənin baş vermə səbəbləri ilə bağlı yekun rəyi istintaq hərəkətlərinin nəticələrinə və təyin edilmiş ekspertizalara əsasən istintaq verəcək", - deyə məlumatda bildirilir.
Avqustun 14-ü axşam saatlarında Mahaçqalanın kənarında avtoservis yanıb, daha sonra yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış səsi gurlayıb.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, ölənlərin sayı 35 nəfərə çatıb. Səhiyyə Nazirliyi 16-sı uşaq olmaqla 63 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.