QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb

© AFP 2024 / TOFIK BABAYEV"Laçın" sərhəd-buraxılış məntəqəsi, arxiv
Laçın sərhəd-buraxılış məntəqəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
BAKI, 15 avqust — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Report-un xəbərinə görə, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxsin olduğu, onlardan 6-sının BQXK nümayəndəsi, 9-unun sürücü, 9 nəfərinin xəstə, 4 nəfərinin müşayiətçi, 1 nəfərin isə tibb işçisi olduğu bildirilir.
Qeyd edilir ki, həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

"Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir", - deyə məlumatda vurğulanır.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0