https://sputnik.az/20230815/andrey-karlovun-qetle-yetirilmesi-isi-uzre-novbeti-hebs-457711692.html
Andrey Karlovun qətlə yetirilməsi işi üzrə növbəti həbs
Andrey Karlovun qətlə yetirilməsi işi üzrə növbəti həbs
Sputnik Azərbaycan
"Sabah" qəzeti yazır ki, İstanbul Polis İdarəsi Rusiya səfiri Andrey Karlova sui-qəsd işində Beylikdüzü əməliyyatında keçirilən əməliyyatda vacib şəxsi... 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T12:37+0400
2023-08-15T12:37+0400
2023-08-15T12:37+0400
rusiya
səfir
qətl
türkiyə
fətullah gülən
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437389473_0:0:3159:1777_1920x0_80_0_0_d910e84834f3c9f48b8778c596075479.jpg
BAKI, 15 avqust — Sputnik. Türkiyə mediası Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə İstanbulda keçirilən əməliyyat zamanı təqsirləndirilənlərin həbs edilməsi ilə bağlı məlumat yayıb. Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərgisinin açılışında güllələnib. Hücumu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən polis əməkdaşı Mevlüt Mert Altıntaş həyata keçirib. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Karlov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb. "Sabah" qəzeti yazır ki, İstanbul Polis İdarəsi Rusiya səfiri Andrey Karlova sui-qəsd işində Beylikdüzü əməliyyatında keçirilən əməliyyatda vacib şəxsi saxlayıb. Bildirilir ki, təqsirləndirilən şəxsin yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd mobil telefon, 2 ədəd SİM kart, 1 ədəd SİM kart cihazı və 1 ədəd yaddaş kartı götürülüb. Öz növbəsində, "A Haber" telekanalı iddia edir ki, saxlanılan şəxs rusiyalı diplomatın qətlində əli olan şəxslərdən birinin həyat yoldaşıdır. Rusiya səfirinin qətlini təşkil etməklə bağlı 28 şübhəliyə qarşı ittihamı irəli sürülüb. Onların arasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülən də var, ancaq o ittihamları rədd edib. Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib. 8 nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, daha 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla, axtarışda olan daha 9 müttəhimin işi prokurorluğun tələbi ilə ayrıca icraata götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437389473_381:0:3112:2048_1920x0_80_0_0_475f960e7442eb698b3ade9f99c7ea9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səfir, qətl, türkiyə, fətullah gülən
səfir, qətl, türkiyə, fətullah gülən
Andrey Karlovun qətlə yetirilməsi işi üzrə növbəti həbs
"Sabah" qəzeti yazır ki, İstanbul Polis İdarəsi Rusiya səfiri Andrey Karlova sui-qəsd işində Beylikdüzü əməliyyatında keçirilən əməliyyatda vacib şəxsi saxlayıb.
BAKI, 15 avqust — Sputnik. Türkiyə mediası Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə İstanbulda keçirilən əməliyyat zamanı təqsirləndirilənlərin həbs edilməsi ilə bağlı məlumat yayıb.
Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərgisinin açılışında güllələnib. Hücumu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən polis əməkdaşı Mevlüt Mert Altıntaş həyata keçirib. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Karlov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.
"Sabah" qəzeti yazır ki, İstanbul Polis İdarəsi Rusiya səfiri Andrey Karlova sui-qəsd işində Beylikdüzü əməliyyatında keçirilən əməliyyatda vacib şəxsi saxlayıb.
Bildirilir ki, təqsirləndirilən şəxsin yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd mobil telefon, 2 ədəd SİM kart, 1 ədəd SİM kart cihazı və 1 ədəd yaddaş kartı götürülüb.
Öz növbəsində, "A Haber" telekanalı iddia edir ki, saxlanılan şəxs rusiyalı diplomatın qətlində əli olan şəxslərdən birinin həyat yoldaşıdır.
Rusiya səfirinin qətlini təşkil etməklə bağlı 28 şübhəliyə qarşı ittihamı irəli sürülüb. Onların arasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülən də var, ancaq o ittihamları rədd edib. Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib. 8 nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, daha 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla, axtarışda olan daha 9 müttəhimin işi prokurorluğun tələbi ilə ayrıca icraata götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.