https://sputnik.az/20230814/rusiyadan-turkiyeye-turlarin-qiymeti-tarixi-maksimuma-catib-457651230.html
Rusiyadan Türkiyəyə turların qiyməti tarixi maksimuma çatıb
Rusiyadan Türkiyəyə turların qiyməti tarixi maksimuma çatıb
Sputnik Azərbaycan
Cənubi Qafqaz ölkələrinə səfərlərin qiymətləri də xeyli artıb - 54,5 min rubla qədər. 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T11:28+0400
2023-08-14T11:28+0400
2023-08-14T11:28+0400
rusiya
rusiya
rubl
dollar
səfər
turist
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457335428_0:283:3077:2014_1920x0_80_0_0_e21b241719415f7e338a6d8b29a9af4d.jpg
BAKI, 14 avqust - Sputnik. Cari ilin iyul ayında Rusiyadan Türkiyəyə tətil səfərlərinin qiyməti 2001-ci ilin əvvəlindən bu günə qədər tarixi maksimuma çatıb və orta hesabla 83,4 min rubl (təqribən 834 dollar) təşkil edib.Bu barədə RİA Novosti Rosstat-ın məlumatlarına əsasən məlumat yayıb. Belə ki, 2001-ci ildən Türkiyəyə turların qiyməti (orta hesabla 11 min rubl - 110 dollar) tədricən artaraq 2023-cü ilin yanvarında 52,1 min rubla (521 dollar) çatıb.Aydan aya səfərlərin bahalaşması davam edib və cari ilin may ayında turların qiymətində kəskin artım qeydə alınıb - 69 min rubldan (690 dollar) 76,2 minə (762 dollar) qədər.Bu ilin iyun ayında qiymət artıq 81,1 min rubla (811 dollar), iyulda isə daha 2,4 min rubl artaraq 83,4 min rubla (834 dollar) çatıb.Bir sıra digər ölkələrə səfərlərin qiymətləri də 2023-cü ilin iyul ayında tarixi maksimuma çatıb. Belə ki, Belarusa turist səfərlərinin qiyməti 29,3 min rubla (293 dollar), Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Ermənistan, Gürcüstan) – 54,5 min rubla (545 dollar) təşkil edib. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistana isə turist səfərlərinin qiyməti 63,3 min rubla (633 dollar) qədər artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457335428_346:0:3077:2048_1920x0_80_0_0_0a701f1b314db33b3df5463aef50025f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rubl, dollar, səfər, turist
rusiya, rubl, dollar, səfər, turist
Rusiyadan Türkiyəyə turların qiyməti tarixi maksimuma çatıb
Cənubi Qafqaz ölkələrinə səfərlərin qiymətləri də xeyli artıb - 54,5 min rubla qədər.
BAKI, 14 avqust - Sputnik. Cari ilin iyul ayında Rusiyadan Türkiyəyə tətil səfərlərinin qiyməti 2001-ci ilin əvvəlindən bu günə qədər tarixi maksimuma çatıb və orta hesabla 83,4 min rubl (təqribən 834 dollar) təşkil edib.
Bu barədə RİA Novosti Rosstat-ın məlumatlarına əsasən məlumat yayıb.
Belə ki, 2001-ci ildən Türkiyəyə turların qiyməti (orta hesabla 11 min rubl - 110 dollar) tədricən artaraq 2023-cü ilin yanvarında 52,1 min rubla (521 dollar) çatıb.
Aydan aya səfərlərin bahalaşması davam edib və cari ilin may ayında turların qiymətində kəskin artım qeydə alınıb - 69 min rubldan (690 dollar) 76,2 minə (762 dollar) qədər.
Bu ilin iyun ayında qiymət artıq 81,1 min rubla (811 dollar), iyulda isə daha 2,4 min rubl artaraq 83,4 min rubla (834 dollar) çatıb.
Bir sıra digər ölkələrə səfərlərin qiymətləri də 2023-cü ilin iyul ayında tarixi maksimuma çatıb. Belə ki, Belarusa turist səfərlərinin qiyməti 29,3 min rubla (293 dollar), Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Ermənistan, Gürcüstan) – 54,5 min rubla (545 dollar) təşkil edib.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistana isə turist səfərlərinin qiyməti 63,3 min rubla (633 dollar) qədər artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.