Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Pakistan prezidentinə nə yazıb?

© Sputnik / Павел БедняковPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Putin ölkələr arasında münasibətlərin mehriban olduğunu, ikitərəfli siyasi dialoqun və müxtəlif sahələrdə səmərəli əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib.
BAKI, 14 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Pakistan İslam Respublikasının prezidenti Arif Alvini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrik teleqramı Kremlin saytında dərc olunub.
"Əminəm ki, biz birgə səylərlə xalqlarımızın mənafeyi, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə çoxşaxəli Rusiya-Pakistan əlaqələrini davam etdirəcəyik", - teleqramın mətnində deyilir.
Putin ölkələr arasında münasibətlərin mehriban olduğunu, ikitərəfli siyasi dialoqun və müxtəlif sahələrdə səmərəli əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib.
"Bundan əlavə, dövlətlərimiz antiterror fəaliyyəti və Əfqanıstanla bağlı, eləcə də beynəlxalq gündəmdə olan digər aktual məsələlərin həllində fəal əməkdaşlıq edirlər", - deyə Rusiya lideri əlavə edib.
Rusiya Federasiyasının Prezidenti həmkarına cansağlığı və uğurlar, Pakistan xalqına isə sülh və firavanlıq arzulayıb.
Xəbər lenti
0