Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Azərbaycanın unikal məkanı - Şah Dili

© AR Ministry of Ecology and Natural ResourcesŞah Dili
Şah Dili - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. Müqayisə üçün belə bir xarakteristika da vermək olar ki, əgər Portuqaliyada yerləşən Roka burnu Avrasiya materikinin ən ucqar qərb nöqtəsidirsə, Şah Dili burnu isə Azərbaycanın ən ucqar şərq nöqtəsidir.
BAKI, 13 avqust — Sputnik. Şah Dili burnu Abşeron yarımadasının uzaq cənub-şərq qutaracağında yerləşir. Azərbaycan ərazisində yerləşən sahəsinə görə ən böyük dildir. Üstəlik Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir.
Dil cənuba doğru dənizin içərisinə uzanıb. Ensiz və uzun formaya malikdir. Ərasizi əsasən qumsaldır. Dəniz səviyəsindən elə də hündür deyil. Bu səbəbdən şor qrunt suları səthə yaxındır. Şor gölməçələr və bataqlaşmış ərazilər geniş yer tutur. Dənizdən əsən küləyin təsirinə məruz qalır.
Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunması olub. Burada Xəzər suitisi, ceyran, kəkilli dalğıc, Xəzər qağayısı, yaşılbaş ördək və s. kimi canlılar qorunub saxlanılır.
Abşeron Milli Parkı coğrafi mövqeyinə görə olduqca unikaldır. Parkın ərazisini əhatə edən Şah Dili burnu Abşeron yarımadasının cənub-şərq qurtaracağında yerləşir. Müqayisə üçün belə bir xarakteristika da vermək olar ki, əgər Portuqaliyada yerləşən Roka burnu Avrasiya materikinin ən ucqar qərb nöqtəsidirsə, Şahdili burnu isə ölkəmizin ən ucqar şərq nöqtəsidir. Daha bir maraq doğuran özəllik odur ki, Xəzər dənizində min illər ərzində baş verən su səviyyəsinin tərəddüdlərinə baxmayaraq Şah Dili burnunun relyefi dəyişmir, ölkəmizin xəritəsində məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycanın ən ecazkar dəniz mənzərəsinə açılan nöqtəsində, maraqlı təbiət gözəllikləri fonunda – Şah Dili burnunda yerləşən Abşeron Milli Parkının yaranmasının 18-ci ili tamam oldu.
Park ölkə Prezidentinin sərəncamı ilə 2005-ci il fevralın 8-də yaradılıb.
Xatırladaq ki, ötən ilin avqust ayından nazirliyin təşəbbüsü ilə parkın daxili yolu təmir olunaraq abadlaşdırılıb, yeni velosiped zolağı istifadəyə verilib. Artıq turistlər bir istiqamətə 6-8 km məsafədə velosiped sürə, təklif olunan elektroskuter xidmətindən yararlana bilərlər.
Dəniz kənarı ilə uzun məsafədə piyada hərəkət və piknik köşklərindən istifadə üçün də seçimlər mövcuddur. Parkda "Sevgi qapısı və dilək ağacı" adlandırılan kompozisiya da var. Bura ruhun qidalanması üçün insanları niyyət təsəvvürlərinin rəmzi olaraq gerçəkləşməsi inamına motivasiya edən məkandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0