Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələri Ukraynaya gedən quru yük gəmisini dayandırıb

© AFP 2023 / OZAN KOSEYük gəmisi
Yük gəmisi - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Avqustun 13-də, Moskva vaxtı ilə saat 06.40 radələrində Qara dənizin cənub-qərb hissəsində Qara dəniz Donanmasının “Vasili Bıkov" patrul gəmisi “Sukra Okan” quru yük gəmisini aşkar edib.
BAKI, 13 avqust — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Vasili Bıkov” gəmisinin heyəti Qara dənizdə “Sukra Okan” quru yük gəmisini məcburi şəkildə dayandırıb. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmi Palau bayrağı altında Ukraynanın İzmail limanına gedib.

“Avqustun 13-də, Moskva vaxtı ilə saat 06.40 radələrində Qara dənizin cənub-qərb hissəsində Qara dəniz Donanmasının “Vasili Bıkov" patrul gəmisi “Sukra Okan” quru yük gəmisini aşkar edib”, - deyə nazirlikdən bildirilib.

Patrul gəmisi yoxlama üçün dayanmağı tələb edilsə də, kapitan çağırışa cavab verməyib. Daha sonra Rusiya hərbi gəmisi xəbərdarlıq atəşi açmağa məcbur olub, daha sonra Ka-29 helikopteri havaya qalxıb.
Yük gəmisi dayandıqda təftiş qrupu onun göyərtəsinə enib. Təftiş bitdikdən sonra Sukra Okan öz yoluna davam edib.
Avqustun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Argentinanın “La Nacion” nəşrinə demişdi ki, Rusiya Qara dənizdəki taxıl dəhlizini “bağlamaq”da davam edərsə, gəmilərsiz qala bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0