Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Kursk vilayətində Ukraynaya məxsus PUA-nı məhv edib, itki və dağıntı yoxdur

© AP Photo / Efrem LukatskyUkraynalı səgər PUA ilə, arxiv
Ukraynalı səgər PUA ilə, arxiv - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Bu gün Belqorod vilayəti üzərində də Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub.
BAKI, 13 avqust - Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisində Ukraynaya məxsus pilotsuz uçan aparatı aşkar edərək məhv edib, tələfat və dağıntı olmayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev rejiminin təyyarə tipli PUA ilə Rusiya Federasiyası ərazisində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını aşkar edərək məhv edib. Tələfat və dağıntı yoxdur”, - deyə məlumatda bildirilir.
Terror aktına cəhdin bazar günü Moskva vaxtı ilə saat 11.30 radələrində dayandırıldığı bildirilir.
Xatırladaq ki, bu gün səhər tezdən Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib. Bildirilib ki, qarşısı alınan terror aktı nəticəsində ölən və dağıntı yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0