Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
Əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib
BAKI, 12 avqust - Sputnik. 2023-cü ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artaraq 3 milyard 240,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Xəbər lenti
0