https://sputnik.az/20230812/onlar-da-qerb-sanksiyalarinin-qeyri-legitimliyini-derk-edirler---qaluzin-457626932.html
Onlar da Qərb sanksiyalarının qeyri-legitimliyini dərk edirlər - Qaluzin
Onlar da Qərb sanksiyalarının qeyri-legitimliyini dərk edirlər - Qaluzin
Sputnik Azərbaycan
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin... 12.08.2023, Sputnik Azərbaycan
2023-08-12T08:04+0400
2023-08-12T08:04+0400
2023-08-12T08:04+0400
rusiya
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
mdb
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_0:106:2855:1711_1920x0_80_0_0_37a6aee1b6ce65d33c816519707470a3.jpg
BAKI, 12 avqust — Sputnik. Getdikcə daha çox ölkə Qərb sanksiyalarının qeyri-legitimliyini və onların zərərli olduğunu açıq-aydın dərk edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə bildirib. "Zaman keçir və getdikcə çox sayda ölkə, onların ictimai, işgüzar və siyasi dairələri Qərb sanksiyalarının qeyri-legitimliyini və onların zərərli olduğunu, ilk növbədə, onları tətbiq edən dövlətlərə və biznesə zərərli olduğunu aydın şəkildə dərk edirlər. Məmnuniyyətlə təkrar edə bilərəm ki, biz MDB üzvü olan ölkələr, o cümlədən dostumuz Tacikistanla ticarət-iqtisadi əməkdaşlığı mütərəqqi şəkildə inkişaf etdirməyə davam edirik", - Qaluzin deyib. O qeyd edib ki, Rusiya bu prosesi davam etdirmək niyyətindədir: "Biz görürük ki, həmişə əlverişli olmayan xarici vəziyyətə və Qərbdən sanksiyalar axınına baxmayaraq, bu əlaqələri inkişaf etdirmək səylərimiz genişmiqyaslı, əhəmiyyətli, müsbət nəticələr verir". Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edir ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_29:0:2642:1960_1920x0_80_0_0_2dc5e3cda153d75f231cacf040bed514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, vladimir putin, rusiya prezidenti vladimir putin, mdb, tacikistan
rusiya, vladimir putin, rusiya prezidenti vladimir putin, mdb, tacikistan
Onlar da Qərb sanksiyalarının qeyri-legitimliyini dərk edirlər - Qaluzin
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək.
BAKI, 12 avqust — Sputnik. Getdikcə daha çox ölkə Qərb sanksiyalarının qeyri-legitimliyini və onların zərərli olduğunu açıq-aydın dərk edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə bildirib.
"Zaman keçir və getdikcə çox sayda ölkə, onların ictimai, işgüzar və siyasi dairələri Qərb sanksiyalarının qeyri-legitimliyini və onların zərərli olduğunu, ilk növbədə, onları tətbiq edən dövlətlərə və biznesə zərərli olduğunu aydın şəkildə dərk edirlər. Məmnuniyyətlə təkrar edə bilərəm ki, biz MDB üzvü olan ölkələr, o cümlədən dostumuz Tacikistanla ticarət-iqtisadi əməkdaşlığı mütərəqqi şəkildə inkişaf etdirməyə davam edirik", - Qaluzin deyib.
O qeyd edib ki, Rusiya bu prosesi davam etdirmək niyyətindədir: "Biz görürük ki, həmişə əlverişli olmayan xarici vəziyyətə və Qərbdən sanksiyalar axınına baxmayaraq, bu əlaqələri inkişaf etdirmək səylərimiz genişmiqyaslı, əhəmiyyətli, müsbət nəticələr verir".
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edir ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.