https://sputnik.az/20230812/bakida-coxmertebeli-binada-yangin-tehlukesizliyi-ile-bagli-noqsanlar-askarlanib---vdeo-457643100.html
Bakıda çoxmərtəbəli binada yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb - VİDEO
Bakıda çoxmərtəbəli binada yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
BAKI, 12 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nizami rayonu, Özbəkistan... 12.08.2023, Sputnik Azərbaycan
2023-08-12T13:22+0400
2023-08-12T13:22+0400
2023-08-12T15:54+0400
bakı
paytaxt xəbərləri
fhn
fhn-in dövlət yanğından mühafizə xidməti
təlim
nazirlik
nizami rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_0:160:3073:1888_1920x0_80_0_0_1834faf783e695e28c01bec7ac3435f0.jpg
BAKI, 12 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında yerləşən “Yeni ev” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.Nazirlikdən verilən məlumata görə, təlim zamanı nöqsanlar aşkarlanıb.Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.Təlim zamanı yanğın avtomobili yaşayış binasına sərbəst şəkildə yaxınlaşıb şərti döyüş açılışı edərkən təzyiqin yanğın su hidrantında və daxili yanğın su kranlarında normativ tələblərə uyğun olmadığı müəyyən edilib. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı müəyyən olunub.Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_170:0:2901:2048_1920x0_80_0_0_0d68bd67ed8ef773f50b73e193b8592c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti, təlim, nazirlik, nizami rayonu
bakı, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti, təlim, nazirlik, nizami rayonu
BAKI, 12 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında yerləşən “Yeni ev” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Nazirlikdən verilən məlumata görə, təlim zamanı nöqsanlar aşkarlanıb.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı yanğın avtomobili yaşayış binasına sərbəst şəkildə yaxınlaşıb şərti döyüş açılışı edərkən təzyiqin yanğın su hidrantında və daxili yanğın su kranlarında normativ tələblərə uyğun olmadığı müəyyən edilib. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı müəyyən olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.